Ruslan Hacıyev

Ruslan Hacıyev (1 yanvar 1978, Marneuli) — Gürcüstan dövlət və ictimai xadimi. 2016-cı ildən gürcüstan parlamentinin Marneuli rayonundan majoritar deputatı. Gürcüstan parlamentindəki "Gürcü Arzusu" Fraksiyasının azərbaycanlı deputatı.[1]

RUSLAN HACIYEV
azərb. Ruslan Alı oğlu Hacıyev
gürc. რუსლან ალი ოღლიჰაციევი
ing. Ruslan Aly ogly Gaciev
Vəzifədədir
2016-cı ildən
Sonrakıvəzifədədir
Şəxsi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Gorarxı kəndi, Marneuli rayonu, Gürcüstan Sovet Sosialist Respublikası Gürcüstan SSR
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Təhsili
İxtisası Hüquqşünas
Dini İslam

Həyatı[redaktə | mənbəni redaktə et]

Ruslan Hacıyev 1 yanvar 1978-ci ildə Marneuli rayonu Görarxı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi rus dilində oxuyub. Tbilisi Universitetində təhsil alıb, ixtisasca hüquqşünasdır. 2001–2002-ci illərdə Marneuli bələdiyyəsində sosial şöbənin mütəxəssisi olaraq işləyib. 2002–2006-cı illərdə Marneuli bələdiyyəsində hüquq xidmət şöbəsinin rəhbəri olub. Marneulidəki 2 və 3 saylı məktəblərin direktoru vəzifəsində çalışıb.[2] 2014-cü ildən millət vəkili seçilənədək Marneuli bələdiyyəsi resurs mərkəzinin rəhbəri olub. Gürcü,ingilis,türkrus dillərini bilir. Ailəlidir. İki oğlu var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  2. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.