Mixail Kalinin

Mixail Kalinin (7 (19) noyabr 1875[1][2], Verxnaya Troitsa[d], Tver quberniyası[d]3 iyun 1946[3][1][…], Moskva[3]) — SSRİ dövlət xadimi.

Mixail Kalinin
rus. Михаи́л Ива́нович Кали́нин
SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü[d]
Vəzifədədir
19 mart 1946-cı ildən
SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri[d]
30 dekabr 1922 – 17 yanvar 1938
17 yanvar 1938 – 19 mart 1946
SonrakıNikolay Şvernik
Şəxsi məlumatlar
Doğum tarixi 7 (19) noyabr 1875[1][2]
Doğum yeri
Vəfat tarixi 3 iyun 1946(1946-06-03)[3][1][…] (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi kolorektal xərçəng
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, müəllim
Dini ateizm
Hərbi xidmət
Döyüşlər

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndli ailəsində doğulmuşdur. Əmək fəaliyyətinə 1893-cü ildə Peterburqda başlamışdır. 1896-cı ildən Putilov zavodunda (Peterburq) tornaçı işləmiş, marksist dərnəyi yaratmışdır. 1900-cü ilin aprelində Tbilisiə sürgün olunmuşdur (oraya gedərkən yolüstü Bakıya gəlmiş, Balaxanıda gizli yığıncaqda iştirak etmişdir.). Həmin ildə həbs olunub Metex qalasına salınmış, 1901-ci ildə Revelə (indiki Tallin) sürgün edilmişdir. Leninçi "İskra"nın agenti və müxbiri idi. 1905-ci ildə Putilov zavodunun bolşevik təşkilatına başçılıq etmiş, 1906-cı ildə RSDFP Peterburq Komitəsinin üzvü seçilmiş, partiyanın 4-cü qurultayının nümayəndəsi olmuşdur. 1908–1910-cu illərdə Moskvada, 1911–1912-ci illərdə Peterburqda işləmiş, RSDFP Peterburq Komitəsinin tərkibinə daxil olmuş, Vıborq rayonunun partiya təşkilatına rəhbərlik etmişdir. Oktyabr inqilabından sonra Petroqrad şəhər bələdiyyəsinin başçısı, 1918-ci ildə şəhər təsərrüfatı komissarı vəzifələrində işləmişdir. 1922-ci ildən SSRİ MİK-in sədri, 1938–1946-cı illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. Qızıl meydanda dəfn edilmişdir.

Adlar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  1. Sosialist Əməyi Qəhrəmanı (1944)
  2. "Qırmızı Əmək Bayrağı" Ordeni
  3. 3 dəfə "Lenin Ordeni"
  1. M. İ. Kalininin Bakıya səfəri (film, 1923) (Qısametrajlı Sənədli Film)