Ryohey Uçida (内田 良平, Uçida Ryohey?, 11 fevral 1874, Fukuoka – 26 iyul 1937) – Yaponiya siyasi fəalı və ultranasionalisti.[1] O, 1901-ci ildə Qara əjdaha cəmiyyətini yaratmışdır.
Ryohey Uçida | |
---|---|
yap. 内田良平 | |
Doğum tarixi | 11 fevral 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyul 1937 (63 yaşında) |
Fəaliyyəti | siyasi fəal[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Ryohey Uçida 1874-cü ildə Yaponiyanın Fukuoka prefekturasında doğulmuşdur.[1] Toyama Mitsurunun tələbəsi olmuş və Qara dəniz cəmiyyətinə qoşulmuşdur.[1] 1894-cü ildə Koreyada başlamış Tonhak üsyanı zamanı üsyançılara kömək etmişdir. 1901-ci ildə Qara əjdaha cəmiyyətini yaratmışdır.[1] O, Yaponiyanın Asiya qitəsində yayılmasını dəstəkləmiş, Rusiyanı Yaponiya üçün ən böyük təhlükə hesab etmişdir.[1] Rusiya əleyhinə kitablar və pamfletlər yazmış, Rusiyanın Asiya qitəsindəki fəaliyyətlərini öyrənmək üçün Vladivostoka səyahət etmişdir.[1] 1903-cü ildə Tayro Doşikay adlı antirus hərəkatına qoşulmuşdur.[2]
1905-ci ildə Rus-yapon müharibəsini başa çatdıran Portsmut müqaviləsinin şərtləri onu qane etməmiş və hökumətə qarşı keçirilən etiraz aksiyalarına başçılıq etmişdir.[1] 1906-cı ildə Yaponiyanın Koreyadakı general-rezidenti olan İto Hirobuminin administrasiyasına təyin olunmuş və 1910-cu ildə Koreyanın Yaponiya tərəfindən ilhaqı nəticəsində başlayan iğtişaşları yatırmaqda kömək etmişdir.[1] Daha sonra Yaponiya solçuları ilə mübarizə aparmış və Böyük Asiya hakimiyyətini dəstəkləyən kitab nəşr etdirmişdir.[1]
1925-ci ildə baş nazir Kato Takaakiyə qarşı həyata keçirilən sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunaraq saxlanılmış, lakin günahsız hesab edilmişdir.[2] O, Çin inqilabçısı Sun Yatsenə dəstək göstərmişdir.[3]