Rza Bərahəni (13 dekabr 1935, Təbriz – 25 mart 2022[1], Toronto) — Azərbaycan əsilli[2] roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair.
Rza Bərahəni | |
---|---|
fars. رضا براهنی | |
Doğum tarixi | 13 dekabr 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 2022[1] (86 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | Sanaz Sehhəti |
Uşaqları |
Oktay Bərahəni Ərsalan Bərahəni |
Fəaliyyəti | yazıçı, şair, romançı, ədəbiyyat tənqidçisi |
Əsərlərinin dili | fars dili, türk dili, ingilis dili |
Janr | poeziya |
Vikianbarda əlaqəli mediafayllar |
Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlib[3]. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan türkcə yasaq edildiyindən təhsilini farsca davam etdirmişdir.
1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxşlarına görə həb olunmuşdur.
1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır.
O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir.
Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı bunları xatırlayır:
4-cü sinfə başlayanda gördüm ki, ilk dəfə olaraq evdə danışdığım dillə məktəbdə oxuduğum dil arasında heç bir fərq yoxdur. Buna görə həmin bir il ərzində, öz-özümə yad olmaq kimi hiss keçirmədim. Lakin sonra Tehran ordusu gəldi və yenidən məktəbdə dil fars dili oldu.[4] |
Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: "Niyə tutqunsan?". Mən hadisəni ona danışdım. Anamın mənə dediyi "Oğul, türkcə yaz" - sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı.[5] |
1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra baş verən hadisələr haqqında bunları xatırlayır:
Onlar bizi türk dilində yazılmış dərslikləri Şəhrdari(Bələdiyyə) meydanına toplayıb və onları yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımız üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı. Gündüzləri Təbrizi qoruyub, gecələri isə onun küçələrinə asfalt örtən fədailər - demokrat firqəsi devrildikdən sonra evlərindən çıxarılır, biz uşaqların gözləri önündə onlardan arxalarına baxmadan yerimələrini istəyirdilər və sonra bizim gözümüzün önündə arxadan onlara güllə açıb, cəsədlərini küçədəki nova atırdılar.[6] |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |