Süd qardaşlar

Süt qardaşlar - rejissorluğunu Ertem Əyilməzin üstləndiyi, Hüseyn Rəhmi Gürpınarın "Qulyabani" adlı romanı əsasında çəkilmiş 1976-cı il türk filmi.[1]

Süd qardaşlar
Türkcə : Süt kardeşler
Janr Komediya
Rejissor Ertem Əyilməz
Ssenari müəllifi

Hüseyn Rəhmi Gürpınar

Sadiq Şəndil
Baş rollarda
İstehsalçı Ertem Əyilməz
Studiya Arzu film
İlk baxış tarixi 1976
Müddət 80 dəqiqə
Ölkə Türkiyə
Dil Türkcə
İl 1976
Rəng Rəngli
Çəkiliş yeri İstanbuldakı Simenoğlu malikanəsi
IMDb ID0253779

İllərdir heç kəsin sahib ola bilmədiyi malikanənin sahibi Mələk xanım süt oğlu Şaban zənn edərək Şabanın dostu Ramazanı evə alır. Amma əsəbi qardaşı Hüsaməddinə Ramazanı kürəkəni Bayram olaraq tanıdır. Malikanəyə həqiqi Şaban və həqiqi Bayramın gəlməsiylə işlər qarışır. Bayramın bacısı Bihtərə aşiq olan Şaban onun ardınca dolaşır. Bayramın atasının evə qulyabani gətirməsiylə işlər daha da qarışır. Məsələni həll edən Şaban, kürəkən Bayram və Ramazan medalla təltif olunur.

Aktyorlar və rollar

[redaktə | mənbəni redaktə et]
  • Kamal Sunal - Şaban
  • Şənər Şən - Hüsaməddin
  • Adilə Naşit - Mələk
  • Halit Ağcatəpə - Ramazan
  • Halə Soyqazi - Bihtər
  • Ayşən Qruda - Əminə
  • Ergin Orbəy - Bayram
  • Jalə Altuğ - Afifə
  • Yasəmən Əsmərgül - Yasəmən
  • Əli Şən - Kərami bəy
  • Türkər Təkin - eşikağası
  • Dinçər Çəkməz - çavuş
  • Firudin Çölkeçən - Sərraf əfəndi

Çəkiliş yerləri

[redaktə | mənbəni redaktə et]

Filmin çəkilişləri İstanbulda Yeşilköydəki Simenoğlu malikanəsində həyata keçirilmişdir. Xüsusən Arzu filmin komediya filmlərinin çəkildiyi bu malikanə 1979-cu ilə qədər sinemaya xidmət etdi.[2] Əli Şənin canlandırdığı Kərami bəy və ailəsinin yaşadığı malikanə səhnələri üçün Sarıyerin Yeniköy səmtindəki Səid Həlim Paşa yalısından istifadə olunmuşdur.

  • Tosun Paşa
  1. Süt qardaşlar
  2. Türk sinemasının ən önəmli platolarından: Simenoğlu malikanəsi