Süt qardaşlar - rejissorluğunu Ertem Əyilməzin üstləndiyi, Hüseyn Rəhmi Gürpınarın "Qulyabani" adlı romanı əsasında çəkilmiş 1976-cı il türk filmi.[1]
Süd qardaşlar | |
---|---|
Türkcə : Süt kardeşler | |
Janr | Komediya |
Rejissor | Ertem Əyilməz |
Ssenari müəllifi |
Hüseyn Rəhmi Gürpınar Sadiq Şəndil |
Baş rollarda | |
İstehsalçı | Ertem Əyilməz |
Studiya | Arzu film |
İlk baxış tarixi | 1976 |
Müddət | 80 dəqiqə |
Ölkə | Türkiyə |
Dil | Türkcə |
İl | 1976 |
Rəng | Rəngli |
Çəkiliş yeri | İstanbuldakı Simenoğlu malikanəsi |
IMDb | ID0253779 |
İllərdir heç kəsin sahib ola bilmədiyi malikanənin sahibi Mələk xanım süt oğlu Şaban zənn edərək Şabanın dostu Ramazanı evə alır. Amma əsəbi qardaşı Hüsaməddinə Ramazanı kürəkəni Bayram olaraq tanıdır. Malikanəyə həqiqi Şaban və həqiqi Bayramın gəlməsiylə işlər qarışır. Bayramın bacısı Bihtərə aşiq olan Şaban onun ardınca dolaşır. Bayramın atasının evə qulyabani gətirməsiylə işlər daha da qarışır. Məsələni həll edən Şaban, kürəkən Bayram və Ramazan medalla təltif olunur.
Filmin çəkilişləri İstanbulda Yeşilköydəki Simenoğlu malikanəsində həyata keçirilmişdir. Xüsusən Arzu filmin komediya filmlərinin çəkildiyi bu malikanə 1979-cu ilə qədər sinemaya xidmət etdi.[2] Əli Şənin canlandırdığı Kərami bəy və ailəsinin yaşadığı malikanə səhnələri üçün Sarıyerin Yeniköy səmtindəki Səid Həlim Paşa yalısından istifadə olunmuşdur.