Sükanla idarə

Sükanla idarənəqliyyat vasitələrinin hərəkət istiqamətinin sükanla idarə sistemidir. O, təkərlərin (və ya digər hərəkət vasitələri, məsələn: xizək) vəziyəti ilə sükan arasında (dönmə bucağı) proporsional əlaqə yaradan mexanizmlərdən ibarətdir.

Avtomobillərin sükanla idarəsi

[redaktə | mənbəni redaktə et]
40km/s-dan aşağı və yuxarı sürətlərdə avtomobilin sükanla idarəsi

4WS (4 Wheel Steering, ingil. 4 idarə olunan təkər) — avtomobilin arxa təkərlərini döndərən sistem. Yüksək sürətlərdə arxa təkərlər (eynilə qabaq təkərlər kimi) dönmə istiqamətinə dönürlər, bu kəskin manevrlərdə avtomobilin stabilliyini artırır. Kiçik sürətlərdə isə əks hal baş verir: arxa təkərlər qabaqdakıların əksinə dönərək manevretmə qabiliyyətini yüksəldir və dönmə radiusunu kiçildirlər. Avtomobillərdə sükanla idarə sükanön fırlanma hərəkətini idarə olunan təkərlərin dönməsinə çevirən mexaniki reduktor və dartıcı sistemdən ibarətdir. Sükanın və təkərin dönmə bucaqları arasındakı nisbət adətən 15:1 … 25:1 arasında yerləşir və ötürmə nisbəti adlanır. Təkərlərin müxtəlif bucaqlara dönməsini təmin edən dartıcılar sisteminə sükan trapesiyasını təşkil edir.

Traktorlarda quruluşundan asılı olaraq iki idarəetmə növü məlumdur: qabaq təkərlərin dönməsi *avtomobillərə analoji olaraq) və ya yarımçərçivələrin dönməsi.

Yarımçərçivələrdən istifadənin aşağıdakı üstünlükləri vardır:

— Aparıcı təkərlərin unifikaisyasə və etibarlılığı (onlarda dönmə mexanizmləri olmur), — Arxa və qabaq təkərlərin bir birini addımlaması, yəni arxa təkərlər həmişə qabaq təkərlər keçə yerdən gedirlər ki, bu da traktorun keşicilik qabiliyyətini artırır. -Dönmə zamanı traktorda asılmış işçi mexanizmlərin səlis hərəkəri reallaşdırılır.

Sükanla idarə mexanizmi

[redaktə | mənbəni redaktə et]

İdarə mexanizmi — sükanın fırlanma hərəkətini dartıcının yerdəyişməsinə çevirn, sükanla idarənin bir hissəsidir. Əslində bu mexaniki reduktorun bir növüdür. Ən geniş yayılmış aşağıdakı idarə mexanzimləri mövcuddur:

Dişli çarx-daraq — sükan dişli çarxla tərpənməz bərkidilir, hərəkətli daraqların ucları qollar vasitəsilə təkərləri döndərirlər. Hal-hazırda sərnişin avtomobillərində geniş istfadə olunur. — Sonsuzvint ötürməsi — sükan çarxı sonsuzvinti fırladır, o isə öz növbəsində onunla əlaqdə olan sürüngəci (dişli çarx sektorunu) hərəkət etdirir. Sonsuzvint üzrə sürüşün sürüngəcə dəstək bağlanır. Dəstək hərəkətə gətirildikdə o dönmə trapesiyasında yerdəyişmə yaradır. Bu digərlərinə nisbətən çoxlu sayda elementlərdən ibarət mürəkkəb sistemdir. — Vint kürəli qayka birləşməsində sükan onunla əlaqədə olan valı döndərir, nəticədə valda oturdulmuş vint oymağındakı qayka hərəkət etdirilir. Valın vidələri və oymaq arasında sürüşmə sürtünməsini diyirlənmə sürtünməsinə çevirən kürələr yerləşir. Bu mexanizmlərdən adətən yük avtomobillərində istifadə edilir.

  • Erik Eckermann: Die Achsschenkellenkung und andere Fahrzeug-Lenksysteme. Deutsches Museum, München 1998, ISBN 3-924183-51-1.