Sükut pozuntusu (film, 2014)

"Sükut pozuntusu" — rejissor Qüdrət Həmidovun 2014-cü ildə "Nərimanfilm" kinostudiyasında ekranlaşdırdığı film.

Sükut pozuntusu
Janr dram
psixoloji
Rejissor Qüdrət Həmidov
Prodüserlər Nəriman Məmmədov
Orxan Həmidov
Ssenari müəllifi Qüdrət Həmidov
Baş rolda Nuriyyə Əhmədova
Operator Elşən Əliyev
İstehsalçı Narimanfilm
İlk baxış tarixi 2014
Filmin növü qısametrajlı bədii film
Müddət 25 dəqiqə
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 2014
Rəng rəngli

Yaşlı qadın (Nuriyyə Əhmədova) oğlunun ölümündən sonra sükut içinə qapanır və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o, aydınlaşdırır ki, onun telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı qadın bir tərəfdən gələn zənglərə sevinir başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o, hər gələn telefon zənginə cavab verir və özü-özü ilə mübarizə aparır. Lakin sükut xəyanəti sevmir, ya sükutun dostu ol ya da o sənin düşmənin olacaq.

  • Filmdə Akif İslamzadənin ifasında "Ötən günlər" mahnısından istifadə edilmişdir.
  • Film aktrisa Nuriyyə Əhmədovanın kinoda son işidir.
  • Həyatda qızını vaxtsız itirmiş aktrisa Nuriyyə Əhmədova filmin ssenarisini oxuyan kimi filmdə çəkilməyə təmənnasız razılaşmışdı. Aktrisanın dediyinə görə, bu ssenarini həyatda yaşamışdı. Bununla bağlı filmin rejissoru qeyd edirdi:[1]
" Filmdə bir səhnə var ki, ana ağlayır və gözündən yaş gəlir. Bu kadrı çəkməmişdən öncə qrimçi Nuriyyə xanımın gözünə süni göz damcıları tökmək istəyəndə o etiraz etdi. Mən elə bildim ki, Nuriyyə xanım ssenarini başa düşməyib və bu səhnədə ağlamaq lazım olduğunu bilmir. Çəkilişə start verən kimi Nuriyyə xanım həqiqətən təbii göz yaşları tökməyə başladı. Hətta operator mənə baxaraq səhnəni dayandırmağı məsləhət gördü, mən isə səhnənin bitməyini gözlədim. Kadr çəkiləndən sonra o, 20 dəqiqə özünə gələ bilmirdi. Bir tərəfdən, rolunu təbii oynamasına görə sevindim, digər tərəfdən də onun yarasını təzələdiyim üçün kədərləndim.
Qüdrət Həmidov
"

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Qüdrət Həmidov
Quruluşçu rejissor : Qüdrət Həmidov
Quruluşçu operator : Elşən Əliyev
Səs rejissoru : Teymur Abdullayev
Səs operatorları : Zaur Məmmədov, Əliabbas Qasımov
Montaj edənlər : Ramil Əhmədov, Qüdrət Həmidov
Rejissor assistenti : Kamran Həmidov
Operator assistenti : Rahib Hacılı
İşıqçı : Novruz Novruzov
Qrim ustası : Cəmilə Rəcəbova
Geyim rəssamı : Olqa Şabanova (Olga Şabanova kimi)
Səhnə tərtibatçısı : Vüqar Əhmədov
Texniki heyət : Aqil Həsənov, Vüqar Mustafayev, Mirzəhməd Seyidəliyev
Fotoqraf : Ramil Əhmədov
Ev sahibi : İlqar İsmayılov
Sürücülər : Vüqar Əhmədov, Samir Murtuzəliyev, Rahid Abbasov
İcraçı prodüser : Rüstəm Şəfiyev
Prodüser : Nəriman Məmməodov, Orxan Həmidov
Nuriyyə Əhmədova – yaşlı qadın

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Leyla Şahbazova
Qüdrət Həmidov
Nəzifə Məmmədova
İsmayıl İsmayılov
Kənan Məmmədov
Kristina Hüseynova
İlqar İsmayılov
Orxan Həmidov

Çəkilişə kömək edənlər

[redaktə | mənbəni redaktə et]
İlqar İsmayılov
Vüqar Əhmədov
Pərviz Musayev
Ənvər Həmidov
  1. ""Nuriyyə xanımın övlad itkisi yarasını təzələdiyim üçün özümü bağışlamadım" — FOTOSESSİYA". 2015-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10.

Azərbaycan filmlərinin siyahısı

Filmi izlə