Nəriman Kamileviç Məmmədov (10 iyul 1969, Moskva) — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi. "Narimanfilm" kinostudiyasının rəhbəri, "Azərbaycan Respublikası İstehsalçılar Gildiyası"nın sabiq sədri (2021–2023), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2018), "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisi.
Nəriman Məmmədov | |
---|---|
Məmmədov Nəriman Kamileviç | |
Doğum tarixi | 10 iyul 1969 (55 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | prodüser, hüquqşünas, prodüser |
Mükafatları |
|
IMDb | ID4036355 |
Nəriman Məmmədov 1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəetmə vəzifələrində 25 ildən artıq təcrübəyə malikdir. 1994-cü ildə "Narimanfilm" kinostudiyasının əsasını qoymuşdur. Şirkətin əsas fəaliyyətləri, qısametrajlı, sənədli və bədii filmlərin istehsalı, texniki dəstək və Azərbaycan filmlərinin dünyada tanıdılmasıdır. O, bir neçə qısametrajlı, sənədli və bədii filmlərin prodüseri olmuşdur. 2005-ci ilin sentyabr ayında "Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası"– nın (İFA-SC) təsisçilərindən biri olmuşdur. Həmin ilin oktyabr ayında isə Assosiasiyasının İdarə Heyətinin sədri seçilmişdir. 2012-ci ilin iyun ayında "Azərbaycan Prodüserlər Gildiyası" İctimai Birliyinin sədr müavini seçilmişdir. Həmin ilin iyul ayında isə Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının təsisçilərindən biri olmuşdur.1 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülmüşdür.[1]
"Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisidi.1 may 2019-cu ildə yaranan "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalı — festival ərəfəsində uşaqlar dünya və azərbaycan kinematoqrafiyasının yeni nümunələrini seyr edir, kinotənqidçilərin və digər kinoprofessionalların iştirakı ilə filmləri müzakirə edir və jüri kimi səs verib qalibləri müəyyən edir.
27 noyabr 2020-ci ildə Qlobal Film Festivalı Noida beynəlxalq "Kinoda Mükəmməlliyə görə" mükafatına layiq görülüb.[2]
2021[3]–2023-cü il tarixlərində "Azərbaycan Respublikası Prodüserlər Gildiyası"nın sədri olub.[4]
13 oktyabr 2022-ci ildə "Caspian Energy Israel"in sədri vəzifəsinə təyin olunub[5]
Qısa və tammetrajlı bədii və sənədli filmlərin prodüseridir.