Narimanfilm

"Narimanfilm"Azərbaycanın film istehsalçısı.[1]

“Narimanfilm” kinostudiyası
"Nərimanfilm"in loqotipi
"Nərimanfilm"in loqotipi
Ümumi məlumatlar
Tipi kinostudiya
Sənaye kinematoqrafiya
Məhsulu film
Təsis tarixi 1994 (30 il əvvəl) (1994)
Baş qərargahın yeri Bakı
narimanfilm.az

25 yanvar 1994-cü ildə Nəriman Məmmədov tərəfindən yaradılaraq "Nariman İnterservis" kimi fəaliyyətə başlayıb.[2].Müştəriləri və partnyorları ən yaxşı məhsul və xidmətlə təmin etmək məqsədilə şirkətdə təcrübəli ssenaristlər, rejissorlar, texnik və dizaynerlər komandası yaradılmışdır. “Narimanfilm” seçilmiş biznes sahələrində və yerlərdə həm peşəkar video və foto çəkilişləri üzrə, həm də yeni media - texnoloji həllərin reallaşmasında ən qabaqcıl xidmət provayderlərindən biridir. Azərbaycanda biznes icmasını keyfiyyətli, sanballı, brend adı olan xidmətlə təmin etmək, müştəri xidməti sahəsində rəqibi olmayan etibarlı və peşəkar texniki dəstək təqdim etməkdir. “Narimanfilm” MMC video və foto çəkilişi prosesinin bütün mərhələləri üzrə (ideyanın verilməsi, ssenarinin yazılması, hazır ideya və ssenarinin kreativ inkişaf etdirilməsi, çəkiliş, montaj, səsləndirmə, rəng korreksiyası.) xidmətlər təklif edir.Azərbaycan Respublikası ərazisində yerli və xarici film layihələrinin hüquqi yardımla təmin olunması, inzibati və loqistik dəstəyin təşkili xidmətini göstərir. “Narimanfilm” MMC Azərbaycanda, MDB ölkələrində və beynəlxalq film şirkətləri ilə istehsal və xətt istehsalı kimi xidmətləri göstərir.

Hal-hazırda şirkətin fəaliyyətinə aşağıdakılar daxildir:

  • Bədii filmlərin istehsalı; (qısa və tam metrajlı)
  • Audiovizual məhsulların istehsalı;
  • Sənədli filmlərin istehsalı;(bədii-publisistik, elmi-tanınmış)
  • Təlim-tədris xarakterli videoçarxların istehsalı;
  • Müraciət, müsahibə, təqdimat tipli və informativ video roliklərin istehsalı; - Ölkə ərazinisdə fəaliyyət göstərən şirkətlər və müəssisələr üçün təhlükəsizliklə bağlı video təlimatların hazırlanması;
  • Korporativ tədbirlərin video və foto reportajı;
  • Reklam çarxlarının, sənədli və promo filmlərin;
  • Video məhsullar üçün qrafik tərtibatın və 3D animasıyanın hazırlanması;

“Narimanfilm” uzun müddətdir ki, müvafiq dövlət orqanlarının rəsmi icazəsiylə dron cihazından keyfiyyətli və peşəkar hava çəkilişləri həyata keçirir [mənbə göstərin].

  1. “Min” (2001) – qısametrajlı film.
  2. “Dağın nəvəsi” (2002-2006) – qısametrajlı film.
  3. Pəri-Qala (film, 2007)– qısametrajlı film.
  4. Sahə (film, 2010)-tammetrajlı bədii film.
  5. “Mən quşları xatırlayıram”… (2002) - sənədli film.
  6. “Məhsuldar torpaqlarda” (2006) – sənədli film.
  7. “Qobustana qayıdış” (2007) – sənədli film.
  8. “Mənim məktəbim” (2008) – sənədli film.
  9. “Sərnişin” (2013) - qısametrajlı film.
  10. 9x9 (film, 2013)- qısametrajlı film.
  11. Sükut pozuntusu (film, 2014)- qısametrajlı film.
  12. “İkinci güllə” (2017) – qısametrajlı film.
  13. “Dəniz suyu içən it” (2017) – qısametrajlı film.
  14. “Estakada” (2019) - qısametrajlı film.
  1. Lalə. Məktəblilərimiz beynəlxalq film festivalında iştirak edəcəklər: [“Nərimanfilm” kinostudiyası bu il Gürcüstanda keçiriləcək Giffoni Beynəlxalq Film Festivalında (Giffony İnternational Film Festival)] //Mədəniyyət.- 2016.- 24 fevral. - S. 11.
  2. Məmmədov, N. “Az Cinema Online” bir internet kinoteatrıdır: [“Nərimanfilm” kino şirkətinin baş direktoru Nəriman Məmmədovla eyniadlı saytın fəaliyyəti ilə bağlı müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2013.- 3 iyul.- S. 6.