Süleyman Abbasov

Abbasov Süleyman Əsəd oğlu (1910, Soltanlı25 fevral 1999, Bakı) — azərbaycanlı hüquqşunas, İkinci dünya müharibəsinin iştirakçısı, I dərəcəli Vətən müharibəsi ordeni mükafatçısı[1]

Süleyman Abbasov
Doğum tarixi 1910
Doğum yeri
Vəfat tarixi 25 fevral 1999(1999-02-25)
Vəfat yeri
Mükafatları "Şöhrət" ordeni — 1944 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1986 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1945 "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "Əmək veteranı" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Süleyman Abbasov 1910-cu ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olmuşdur. 1916-cı ildə Soltanlı kəndindəki 4 illik məktəbdə oxuyub Qaryagin bölgəsində sonradan 7 illik məktəbdə 7-ci sinfi bitirib. 1928-ci ildən 1930-cu ilədək ailənin təsərrüfatında əkinçiliklə məşğul olmuşdur. Əmək fəaliyyətinə Soltanlı kənd sovetinin katibi (1936–1937), Soltanlı kənd "Puşkin" adına kolxoz sədrliyi (1937–1939) ilə başlamışdır.

1939-cu ildə Bakı şəhərində Azərbaycan SSR-in Ədliyyə Nazirliyinin 2 illik hüquq məktəbində oxumuşdur. Bakıda hüquq məktəbində oxuyarkən 1941-ci il iyun ayının 22-də İkinci dünya müharibəsinin birinci günü ordu sıralarına səfərbərliyə alınmışdı. 22 iyun 1941-ci ildən noyabr 1945-ci ilədək müharibədə iştirak etmişdir.

1945-ci ilin dekabrından 1946-cı ilin fevralına qədər Bakıda Azərbaycan SSR-in Ədliyyə Nazirliyinin məhkəməsində təcrübə keçirmişdir. 1946–1950-ci illərdə Ümumittifaq Hüquq qiyabi institutu Bakı filialında oxumuş və hüquq ixtisası almışdır. 1946-cı ilin fevralından 1960-cı ilin dekabrına qədər Astara rayonu Xalq hakimi vəzifəsində çalışmışdır. Soltanlı kəndinə qayıtdıqdan sonra kəndin baş hüquq məsləhətçisi kimi çalışmışdır. 1953, 1955 və 1957-ci illərdə Astara şəhərinin Zəhmətkeş deputatları sovetinə, 1961 və 1967-ci illərdə Cəbrayıl rayonunun Soltanlı kəndinin Zəhmətkeş deputatları sovetinə deputat seçilmişdir.

1993-cü ilin avqustunda Cəbrayıl rayonu Ermənistan ordusu tərəfindən işğal ediləndən ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 25 fevral 1999-cu ildə 89 yaşında vəfat etmişdir.

Süleyman Abbasovun həyat yoldaşı Fitat Əsədovadır. Onların Şəfiqə, Afət, Siyafət, Mehman, Nəzakət, Məlahət adlı 6 övladı, 8 nəvəsi və 14 nəticəsi var.

İştirak etdiyi döyüşlər

[redaktə | mənbəni redaktə et]
  • Cənub cəbhəsi 6. avqust 1942 – 18. avqust 1942 kimi.
  • Şimali Qafqaz cəbhəsi 18. avqust 1942 – 3. sentyabr 1943
  • 4-cü Ukrayına cəbhəsi 3.09.1943–24.06.1944
  • 1-ci Belarusiya cəbhəsi 24. iyun 1944 – 20. oktyabr 1944
  • 3-cü Belarusiya cəbhəsi 20. sentyabr 1944 – 26. aprel 1945
  • 1-ci Ukrayına cəbhəsi 26. aprel 1945 – 9. may 1945

"3 may 1945-ci il tarixdə Berlin şəhərinin alınmasında iştirak etdik, hissəmiz döyüşünü davam etdirib parakəndə qalan alman qoşunlarının qalanlarını Çexoslovakiya torpağında döyüşərək onları məğlub etdik, alman komandanlığı danışıqsız təslim oldu. Elba çayı üzərində Vətən müharibəsinin Qələbə ilə qurtarması münasibətilə mitinq keçirib bayram etdik" Suleyman Abbasovun xatirəsindən.

Yaralanmışdır

[redaktə | mənbəni redaktə et]
  • Şimali Qafqaz — 24. iyun 1943
  • Baburski şəhəri ətrafında – 12. mart 1944
  • Almaniya torpağında – 13. mart 1945

Alman Faşist Ordusuna qarşı bu döyüşlərdə aşağıdakı orden – medallarla təltif edilib:

  • Şöhrət ordeni (орден Слава) 3 dərəcə. 24. iyun 1944
  • Vətən Müharibəsi 2 dərəcə 6. aprel 1945
  • Vətən Müharibəsi 1 dərəcə 1986
  • Kenzberq şəhərinin alınması
  • Berlin şəhərinin alınması
  • Vətən müharibəsi
  • Baburski şəhərinin azad edilməsi
  1. Süleyman Abbasov. Söhbət müharibə iştirakçılarından gedir. Qafqazdan Elbaya kimi. "Kolxozu" qəzeti, 8 may 1967-ci il