Süleyman ibn Sürəd Xüzai — (ərəb. سليمان بن صرد) O Kufədəki "Bəni Xüzaə" qəbiləsinin rəhbəri və "Əbu Mutrif" ləqəbi ilə məşhurdur. Bəziləri onu səhabə, bəziləri isə ona tabein hesab etmişlər. Təvvabin hərəkatının liderlik qrupunun beş əsas üzvü arasında Təvvabinin rəhbəri kimi tanınırdı.[1] Kufə ağsaqqallarından olan o 5 nəfər bunlardır: 1. Süleyman ibn Sürəd Xüzai; 2. Abdullah ibni Val Təmimi; 3. Rifaə ibni Şəddad Bəcəliy; 4. Abdullah ibni Səd Əzdi; 5. Abdullah ibni Nəcbə Fəzari.[2] Süleyman ibn Sürəd Xüzai İslam peyğəmbəri Muhəmməd Mustafanın (s) dövründə yaşamış və İslam Peyğəmbərindən birbaşa hədisləri Altı kitabda nəql edilmişdir. Tarixi mənbələrdə onun doğum tarixi qeyd olunmasa da, hicri qəməri tarixi ilə 65-ci ildə şəhid olanda 93 yaşında olduğu üçün peyğəmbərdən 5 il əvvəl dünyaya gəldiyi ehtimal edilir.[3]
Süleyman ibn Sürəd Xüzai | |
---|---|
سلیمان بن صرد خزاعی | |
Doğum tarixi | 594 |
Vəfat tarixi | 685 |
Vəfat yeri | |
Fəaliyyəti | inqilabçı |
O, həzrəti Əli, Həsən bin Əli və Hüseyn bin Əlinin səhabələrindən idi və Kufədəki şiələrin görkəmli simalarından və rəhbərlərindən biri və İmam Hüseynin qanının qısasını almaq istəyən Təvvabin hərəkatının rəhbəri idi. Bu müharibənin nəticəsi Təvvabinin məğlubiyyəti və Süleyman ibn Sürəd Xüzainin ölümü ilə nəticələndi. Təvvabin hərəkatı Kərbəla hadisəsindən dörd il sonra olduğu üçün Əməvilərlə mübarizədə o qədər də təsirli olmadı və demək olar onlar qiyamın məqsədlərinə çata bilmədilər.