Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Şəkinski Süleyman xan Səlim xan oğlu-(1803-?), — Şəki xanzadəsi, Qarabağ bəyi, çar zabiti, polkovnik, İbrahimxəlil xan Cavanşirin və Məhəmmədhüseyn xan Müştaqın nəvəsi, Şəki xanı Səlim xanın oğlu, Hüseyn xanın qardaşı.
Süleyman xan Şəkinski | |
---|---|
Süleyman xan Səlim xan oğlu Şəkinski | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Şəki xanlığı |
Vəfat tarixi | 1858 |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Rusiya imperiyası |
Həyat yoldaşı | Hürcahan bəyim Yusif xan qızı Şəmsəddinli |
Uşaqları | Həsən, Həbib ağa, Sara bəyim və Tuti bəyim |
Atası | Səlim xan |
Süleyman xan Səlim xan oğlu 1803-cü ildə Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası İrana qaçandan sonra Şuşa şəhərində xalası Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin himayəsində böyümüşdü. Çar ordusunda xidmət etmiş podpolkovnik rütbəsinədək yüksəlmişdi. Polşada üsyanın yatırılmasında iştirak etmişdi. Dostu Rəhim bəy Uğurlubəyovla uzun cəbhə həyatı yaşamışdı.
Gənc xandan öz məqsədləri üçün istifadə etməyə çalışan Rusiya imperiyası ona 600 manat təqaüd təyin etmişdi. 1838-ci ildə Varşavada əla xidmətinə görə polk komandirinin müavini təyin olunmuşdu. 1841-ci ildə isə əlahəzrət imperatora öz təşəkkürünü bildirmək üçün Sankt-Peterburqa gedən deputat qrupunun tərkibinə daxil edilmişdi. Burada ona polkovnik rütbəsi verilmiş və qiymətli hədiyyələr təqdim edilmişdi. 1844-cü ildə Süleyman xan ailə məsələləri ilə əlaqədar İrana getmişdi. Bundan şübhələnən Rusiya onu Qarabağda yaşayan qohumlarını İrana köçürmək və qarışıqlıq yaratmaqda günahlandırmışdı. Süleyman xan hərbi xidmətdən qovulmuş və ona rus imperiyasının sərhədlərinə qayıtmaq qadağan edilmişdi, lakin onun İranda da qalmasından qorxan ruslar Süleyman xanı Təbrizdəki rus konsulluğuna çağıraraq həbs etmiş, əvvəlcə Tiflisə gətirmiş, buradan isə Voronejo sürgün etmişdi. 1846-cı ildə sürgündən geri qayıdan Süleyman xan yenidən vətənə dönmüş, hərbi xidmətə götürülmüş və dağlılara qarşı keçirilən hərbi əməliyyatlarda fərqləndiyi üçün təqaüdü yenidən bərpa edilmişdi.
Süleyman xan Hürcahan bəyim Yusif xan qızı Şəmsəddinli ilə ailə qurmuşdu. Həsən və Həbib ağa adlı oğlu, Sara bəyim və Tuti bəyim adlı qızları vardı.
Oğlu Həsən ağa Şəkinski 1842-ci ildə Şuşa şəhərində anadan olub. Atası Süleyman xan tutulandan sonra İbrahimxəlil xanın qızı Gövhərbəyim ağa Cavanşirin himayəsində böyümüşdü. Şuşa qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Həsən ağa Şəkinski böyük mülkədar olub. Həm atasından, həm də Gövhər ağadan ona xeyli mülk miras qalmışdı. Həsən ağa Ziba bəyim Əbrəxanova ilə ailə qurmuşdu. Süleyman xan, Əziz xan, Yusif xan adlı oğlanları vardı.
Barat Şəkinskayanın ulu babasıdır.