Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi.[1]
Həbib xan Şəkinski | |
---|---|
Həbib xan Süleyman xan oğlu Şəkinski | |
| |
Zəngəzur qəzasının rəisi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1880 |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 1956 |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Süleyman xan Həsən ağa oğlu Şəkinski |
Anası | Hürcahan bəyim Yusif xan qızı Şəmsəddinli |
Həyat yoldaşı | Həcər xanım Mirzə Kərim bəy qızı Hacıyeva |
Uşağı |
|
Dini | Şiə İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi.[1]
Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur.[1]
O, 1956-cı ildə Bakıda vəfat edib.
Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.[mənbə göstərin]
Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.
Barat Şəkinskayanın atasıdır.[1]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |