Sülh tağı - ABŞ-Kanada sərhəddində, Bleyn və Surrey şəhərləri arasında yerləşən abidə. Hündürlüyü 20.5 metrdir. Abidə 1921-ci ildə Samuel Hills tərəfindən tikdirilmişdir. Abidənin tikilməsində məqsəd 1814-cü ildə bağlanan Qent müqaviləsi nəticəsində yaranan ABŞ-Kanada sülh münasibətlərinin yüzilliyini qeyd etmək olmuşdu. Abidə tam olaraq ABŞ-Kanada sərhəddində, Ştatlararası 5 və Avtomaqistral 99 arasında şimal-cənub hərəkət zolaqlarının arasındakı yaşıllıq ərazidə yerləşir. Abidənin tacında hər iki ölkənin bayrağı dalğalanır. Frizin üzərində ABŞ tərəfdə “Children of a common mother” (Bir ananın övladları), Kanada tərəfində isə “Brethren dwelling together in unity” (Birlik içərisində yaşayan qardaşlar) yazısı həkk olunmuşdur. Tağın daxilində iki dəmir qapı yerləşdirilmişdir. Burada “May These Gates Never Closed” (Bu qapılar heçvaxt bağlanmasın) yazılmışdır.
Sülh tağı | |
---|---|
Peace Arch | |
49°00′07″ şm. e. 122°45′23″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Status | Yerli |
Şəhər |
Bleyn, ABŞ Surrey, Kanada |
Yerləşir | Sarri (Britaniya Kolumbiyası), Bleyn |
Memar | Harvi Uayli Korbett |
Tikilmə tarixi | 1921 |
Üslubu | Neoklassik memarlıq |
Rəsmi sayt | peacearchpark.org |
Təyin edilib | 13 dekabr, 1996 |
İstinad nöm. | 96001493[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Abidə hər iki tərəfdən Sülh Tağı Parkı ilə əhatə olunub. Park ərazisində yerləşən sərhəd keçid məntəqəsi rəsmi olaraq Duqlas adını daşısa da, daha çox Sülh Tağı sərhəd keçid məntəqəsi olaraq tanınır. Bura ən işlək sərhəd keçid məntəqəsidir.
İnşasına 1920-ci ilin İyul ayında beynəlxalq könüllülər tərəfindən başlanan abidə, 6 Sentyabr 1921-ci ildə tamamlanmışdır.[2]