Sarri — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən bir şəhərdir. Vankuver inzibati vahidinin bir hissəsidir (Britaniya Kolumbiyasının cənubunda yerləşən şəhər aqlomerasiyası) və Böyük Vankuver Regional Dairəsinə tabedir; əyalətin Vankuverdən sonra ikinci ən böyük şəhəri hesab edilir. Şəhər çox mərkəzli olub bir neçə mərkəzdən ibarətdir: Flitvud (ing. Fleetwood), Uelli/Şəhər mərkəzi (ing. Valley/Town Centre), Qrilford (ing. Gwilford), Nyuton (ing. Newton), Klouverdeyl (ing. Cloverdale) və Cənubi Sarri (ing. South Surrey).
Sarri | |
---|---|
49°11′ şm. e. 122°51′ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1879 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | təq. 82 m[1] |
İqlimi | Dəniz iqlimi[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
surrey.ca | |
Vikianbarda əlaqəli mediafayllar |