Bleyn (ing. Blaine) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında şəhər. Şimal hüdudü Kanada ilə həmsərhəddir. Interstate 5 (I-5) avtomaqistralının ən şimal şəhəridir. Sülh tağı bu şəhərdə yerləşir. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 4684 nəfər olmuşdur.[3]
Şəhər | |
Bleyn | |
---|---|
ing. Blaine | |
48°59′17″ şm. e. 122°44′37″ q. u. | |
Ölkə | ABŞ |
Ştat | [[Vaşinqton]] |
Qraflıq | [[Uotkom]] |
Mer | Harri Robinson |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 20 may, 1890 |
Əvvəlki adı | Konkord |
Sahəsi | 21.83[1] |
Mərkəzin hündürlüyü | 1[2] |
Saat qurşağı | UTC−8 , yayda UTC−7 |
Əhalisi | |
Əhalisi | 4684[3] nəfər (2010) |
Sıxlığı | 321.2 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 360 |
Poçt indeksi | 98230–98231, 98230 |
Digər | |
cityofblaine.com (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Avropalı tədqiqatçılar gəlmədən əsrlər əvvəl Bleyn və Semiamu dili ətrafındakı ərazilərdə hindilər yaşayırdı. Avropalılar bura ilk dəfə 1790-cı illərin əvvəllərində gəlmişdilər. Həmin vaxt burada 300-ə yaxın əhali var idi.[4]
1790-cı illərin əvvəllərində Berç körfəzinin və Semiamu dilinin girişində Semiamu kəndləri yerləşirdi. Lakin Avropalıların 1790-cı illərin əvvəllərində bura gəlişi Semiamu dilində yerləşən əsas kəndin Drayton limanının sahilinə, Dakota və Kaliforniya çaylarının ortasına köçürülməsinə səbəb oldu. Onlar yalnız özlərini müdafiə məqsədilə zəruri halda güç tətbiq edən dinc qrup idi.[4]
XIX-cu əsrin ilk yarısı Semiamu üçün hec də nəzakətli olmadı. Digər Hindi qəbilələri şimaldan hücum edirdilər, həmçinin çiçək və digər xəstəliklər də yayılmışdı. Bunun nəticəsində 1800–1850-ci illərdə Semiamu qəbiləsinin əhalisi kəskin azaldı. 1850-ci illərin əvvəllərində Semiamu qəbiləsi bir qədər şimala gedərək Kampbell çayının mənsəbində məskunlaşdılar. Hal hazırda həmin ərazidə Semiuami Hindi Rezervi vardır. Onlar Britaniya Kolumbiyasının cənub-qərbində məskunlaşıblar.[4]
İspan və İngilis tədqiqatçılar 1790-cı illərin əvvəllərində bu ərazidən keçərək Poynt-Roberts və Berç Beydə quruya çıxdılar. 1841-ci ilin aprel ayında ABŞ hərbi donanması leytenantı Çarlz Uilks (1798–1877) rəhbərlik etdiyi dəniz ekspedisiyası Berç körfəzinə gələrək, təxminən 2 kilometrlik dili dolaşaraq burada adsız limana yanaşdı. Uilks bu limanı onunla ekspedisiyada iştirak edən rəssam Jozef Draytonun şərəfinə Drayton limanı adlandırdı.[5] Hindilər və xəz ticarətçiləri buradakı dili Dil Nöqtəsi (Tongue Point) adlandırdı. Hazırda bu dil Semiamu dili adlanır.[4]
5 il sonra 15 iyun 1846-cı ildə ABŞ ilə Böyük Britaniya arasında bağlanan Oreqon müqaviləsinə əsasən iki ölkə arasında Qayalı dağlardan Corciya boğazına qədər sərhəd 49-cu şimal paraleli sərhəd olaraq müəyyən edildi. Müqavilənin şərtlərinə əsasən Vankuver adası istisnalıq təşkil edərək bütünüylə Britaniyaya məxsus oldu. 1857-ci ildə sərhəddin tam müyyən edilməsindən sonra Bleynin şimal hüdudu çəkildi.[4]
Sərhəddin çəkilməsi prosesi davam edərkən 1858-ci ildə Britaniya Kolumbiyasının cənubunda Freyzer və Tompson çaylarında qızıl kəşf edildi. Bunun nəticəsində meydana gələn Freyzer çayı qızıl hərisliyi minlərlə adamın bu əraziyə gəlməsinə səbəb oldu. Nəticədə iki kənd yarandı : biri Semiamu dilində və biri isə indiki Bleyn şəhərinin yerində. Hər yaşayış məntəqəsində 18–20 nəfər vardı.[4]
Semiamu dilindəki kənddə bir otel, bir neçə ev və çadır və ticarət məntəqəsi vardı. Bleyn ərazisindəki kənddə isə bir neçə ev və çadır, iki salon və digər binalar vadrı. Burda həmçinin 1858-ci ilin sentyabr ayından 1860-cı ilin oktyabr ayına qədər poçt məntəqəsi də fəaliyyət göstərmişdi.[4]
1860-cı ildə Freyzer çayı qızıl mədəni istənilən nəticəni vermədi və bağlandı. 1860-cı illərin sonunda qərb sahili boyunca Beynəlxalq Sərhəd Komissiyasının işi də tamamlandı. Ərazidə çox az əhali qaldı.[4]
1870-ci ildə yenidən buraya insanlar köçüb gəlməyə başladı. Dildə yerləşən Semiamu daha sürətlə inkişaf edirdi. 1871-ci ildə burda dükan, 1872-ci ildə isə bu dükanın daxilində poçt məntəqəsi açıldı. 1871-ci ilin iyun ayında əraziyə gələn Keyn ailəsi burada quruculuq işlərinə başladı.[4]
Amma ərazinin əsas inkişafı Digər Semiamuda isə 1860-cı ildə bağlanan məntəqə 1885-ci ildə təkrar açıldı.
13 sentyabr 1884-cü ildə Ceyms Keyn qəsəbənin ərazisini qeydə aldırdı. Qəsəbə əvvəllər Konkord olaraq adlandırılsa da həmin il iyun ayında qəsəbəyə Men ştatının senatoru, ABŞ Dövlət katibi, 1884-cü ildə prezident seçkilərində Respublikaçılar partiyasından namizəd göstərilmiş Ceyms Bleynin (1830–1893) adı verilmişdi.[6]
1886-cı ildə şəhərdə ilk böyük otel və məktəb inşa edildi, yeni evlər tikildi və yol çəkildi. Qəsəbənin əhalisi 1880–1890-cı illər ərzində 153 nəfərdən 1563 nəfərə qədər artdı. Qəsəbə rəsmi olaraq 20 may 1890-cı ildə qeydə alındı. İlk mer Ceyms Keyn oldu.
1870-ci illərdə Bleyndə balıqçılıq ilə məşğul olurdular. Lakin 1880-ci ildə konservləşdirmənin kəşfindən sonra 1882-ci ildə ilk konserv zavodu açıldı. 1909-cu ildə bu zavodların sayı beşə çatmışdı. 1894-cü ildə Alaska Packers Association burada konserv zavodu aldı. Şirkət zavodu genişləndirdi, yeni anbarlar və gəmi təmir zavodu inşa etdirdi. Bu işlər qəsəbənin böyüməsinə və inkişafına səbəb oldu. Şirkət 1917-ci ildə buradakı zavodu bağlasa da ərazidə balıqçılıq 1974-cü ilə qədər digər fəaliyyətlərini davam etdirdi. 1981-ci ildə isə gəmi təmir zavodunu bağladı. 1987-ci ildə boş qalan bu ərazidə 4 ulduzlu Semiaymu Rezort sitirahət mərkəzi inşa edilərək fəaliyyətə başladı.
Ümumi ərazisi 21.83 km² olub, bunun 14.58 km² quru, 7.25 km² isə sudur. Kanada ilə sərhəd olduğu üçün şəhərin şuarı "Amerikanın başladığı yer"dir. Həmçinin "Sülh Tağı Şəhəri" kimi də tanınır.
Bleyndə kiçik bir aeroport olsa da, rəsmi olaraq 31 dekabr 2008-ci ildən bağlıdır.
Orta illik temperatur 9,6 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 16,6 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 2,7 °C). Ən yüksək temperatur 35,0 °C, ən aşağı temperatur isə −22.8 °C olmuşdur.
Orta illik yağıntı miqdarı 1030 mm-dir.[7]
Bleyn şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 17,8 | 20 | 33,3 | 26,7 | 30 | 33,3 | 35 | 33,3 | 30 | 25,6 | 18,9 | 16,7 | 35 |
Maksimum orta, °C | 5,9 | 8,2 | 10,7 | 14 | 17,5 | 20,3 | 22,7 | 22,3 | 19,2 | 14,2 | 9,6 | 6,6 | 14,3 |
Orta temperatur, °C | 2,7 | 4,3 | 6,3 | 9 | 12,1 | 14,8 | 16,6 | 16,3 | 13,7 | 9,8 | 6,1 | 3,6 | 9,6 |
Minimum orta, °C | −0,5 | 0,5 | 1,8 | 3,9 | 6,6 | 9,3 | 10,6 | 10,4 | 8,1 | 5,3 | 2,5 | 0,5 | 4,9 |
Mütləq minimum, °C | −18,3 | −22,8 | −11,7 | −6,1 | −6,1 | 2 | 1,1 | 0,6 | −3,9 | −7,2 | −15 | −18,3 | −22,8 |
Yağıntı norması, mm | 142 | 100 | 92 | 66 | 56 | 48 | 29 | 36 | 59 | 107 | 147 | 149 | 1.030 |
Mənbə: http://www.weatherbase.com/weather/weather.php3?s=927054&cityname=Blaine-Washington |
İllərə görə əhali | |||
---|---|---|---|
İl | Əhl. | %± | |
1890 | 1.563 | — | |
1900 | 1.592 | 0% | |
1910 | 2.289 | 0% | |
1920 | 2.254 | 0% | |
1930 | 1.642 | 0% | |
1940 | 1.524 | 0% | |
1950 | 1.693 | 0% | |
1960 | 1.735 | 0% | |
1970 | 1.955 | 0% | |
1980 | 2.363 | 0% | |
1990 | 2.489 | 0% | |
2000 | 3.770 | 0% | |
2010 | 4.684 | 0% | |
Təxm. 2014 | 4.976 | [8] | 0% |
ABŞ onillik siyahıyaalma[9] 2013 Estimate[10] |
2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 4684 nəfər əhali, 1994 şəxsi təsərrüfat və 1291 ailə vardı. Əhalinin sıxlığı 321.2 nəfər/km²-di. Burada 2346 ev var və evlərin sıxlığı 160.9/km²-di. Əhalinin etnik tərkibini 86,5%-i Ağ amerikalılar, 1,4%-i Afroamerikalılar, 0,9%-i Hindilər, 5,1%-i Asiyalılar, 1,3%-ni Okeaniya adalarından olanlar, 0,7%-i digər irqdən olanlar və 4,2%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
1994 şəxsi təsərrüfatın 27,1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 49,5%-ində evli ailə, 11%-ində əri olmayan qadın, 4,2%-ində arvadı olmayan kişi, 35,3%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 30,1%-ində tək bir şəxs və 12%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.32 nəfər, hər ailədə isə ortalama 2.85 nəfər vardı.
Şəhər əhalisinin orta yaşı 44.3-dür. Əhalinin 21,4%-i 18 yaşdan kiçik, 7,4%-i 18–24 yaş arasında, 22%-i 25–44 yaş arasında, 30,1%-i 45–65 yaş arasında, 19,1%-i isə 65 yaşdan böyükdür. Əhalinin 49,1%-i kişi, 50,9%-i qadındır.[11]
2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 3770 nəfər əhali, 1496 şəxsi təsərrüfat və 1036 ailə vardı. Əhalinin sıxlığı 262.7 nəfər/km²-di. Burada 1737 ev var və evlərin sıxlığı 121.1/km²-di. Əhalinin etnik tərkibini 87,72%-i Ağ amerikalılar, 1,19%-i Afroamerikalılar, 1,14%-i Hindilər, 4,19%-i Asiyalılar, 0,66%-ni Okeaniya adalarından olanlar, 1,33%-i digər irqdən olanlar və 3,77%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
1496 şəxsi təsərrüfatın 32,1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 52,9%-ində evli ailə, 12,4%-ində əri olmayan qadın, 4%-ində arvadı olmayan kişi, 30,7%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 25,5%-ində tək bir şəxs və 10,1%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.48 nəfər, hər ailədə isə ortalama 2.96 nəfər vardı.
Şəhər əhalisinin orta yaşı 39-dür. Əhalinin 26,5%-i 18 yaşdan kiçik, 6,9%-i 18–24 yaş arasında, 26,4%-i 25–44 yaş arasında, 25,7%-i 45–65 yaş arasında, 14,4%-i isə 65 yaşdan böyükdür. Hər 100 qadına 94.5 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 90.2 kişi düşür.
Hər şəxsi təsərrüfatın orta illik gəliri $36,900, hər ailənin orta illik gəliri isə $45,056 təşkil edir. Kişilərin orta illik gəliri $36,381, qadınların orta illik gəliri isə $23,561 olmuşdu. Şəhərdə adam başına düşən illik gəlir $20,333 olmuşdu. Ailələrin 10,2%-i, əhalinin isə 15,5%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 16,6%-ini 18 yaşdan kiçik olanlar, 8,3%-ini isə 65 yaşdan böyük olanlar təşkil edir.
Delta, Surrey, White Rock (Britaniya Kolumbiyası, Kanada), Boundary Bay, Semiahmoo Bay | Surrey (Britaniya Kolumbiyası, Kanada) |
Lenqli, (Britaniya Kolumbiyası, Kanada) |
||
Poynt-Roberts, Boundary Bay | Sumas | |||
| ||||
Berç Bey | Linden |