Süməyyə binti Həyat

Süməyyə binti Həyat (ərəb. سمیة بنت خباط ‎, 550, bilinmir615, Məkkə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamı qəbul edən ilk qadınlardan biridir.

Süməyyə binti Həyat
ərəb. سمية بنت خياط
Doğum tarixi 550
Doğum yeri
  • bilinmir
Vəfat tarixi 615
Vəfat yeri
Vəfat səbəbi küt travma[d]
Uşaqları

Süməyyənin əri Yasir ibn Amir və qardaşları digər qardaşlarını axtarmaq üçün Yəməndən Məkkəyə gəlir. Məkkədə qalaraq Əbu Huzeyfə ilə ittifaqa girir və Əbu Huzeyfənin qulu olan Süməyyə ilə evlənir. Əmmar dünyaya gəldikdən sonra Əbu Huzeyfə Süməyyəni azad edir. Daha sonra Süməyə əl-Haris ibn Kalyadanın xidmətçisi olan və Sələmə ibn əl-Əzraqın atası olan Yasir əl-Əzraq ər-Rumi ilə evlənir.

Süməyyə və onun ailə üzvləri açıq şəkildə İslama etiqad etməyə başladıqdan sonra Məkkəli müşriklər İslamdan əl çəkməyə çalışaraq onlara istehza etməyə başlayır. Onları qızmar istidə səhraya çıxarıb zəncirləyirlər, lakin Süməyyənin ailəsi sınaqlara dözməkdə davam edir. Hətta əri Yasirin vəfatı da onu qıra bilmir və o, əl-Muqirə və Əbu Cəhlin ailəsinə qarşı sərt və itaətsiz davranmağa başlayır. Bir dəfə Əbu Cəhl Süməyyə deyir ki, o, «Məhəmmədin yalnız gözəlliyinə görə ona aşiq olduğu üçün ona inanıb!». Bu sözlərdən sonra Süməyyə ona kobud sözlərlə cavab verir. Qəzəblənən Əbu Cəhl Süməyyənin düz ürəyinə nizə zərbəsi vuraraq onu öldürür. Beləliklə, o, İslamın ilk “şəhidi” olur.