Sünəni-Əbu Davud (ərəb. سُنن أبي داود). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabın (Kutubi Sittənin) üçüncüsüdür.
Sünəni-Əbu Davud | |
---|---|
ərəb. سنن أبي داود | |
Müəllif | Əbu Davud |
Orijinalın dili | ərəb dili |
Vikianbarda əlaqəli mediafayllar |
Müəllifi Əbu Davuddur. Bu əsər də müəllifinə nisbətlə Sünəni-Əbu Davud olaraq anılır.
Əbu Davud Məhəmməd ibn Süleyman İshaq ibn əl-Əzdi əs-Sicistani, h.q. 202-ci ildə Sicistanda doğulmuşdur. İlk təhsilindən sonra Nişapur, Kufə, Xorasan, Ərəbistan, Mesopotomiya, İran, Suriya və Misir kimi yerlərə səfər etmiş və elmini daha da artırmışdır. H.q. 275-ci ildə (M. 888) Bəsrədə vəfat etmişdir.
Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda, kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 5274 hədis[1][2] yığmışdır.
Əsərə daxil olan kitablar
Kitab Anar İsrafilov, Arif Hacıyev, Qabil Şükürov, Tural Hacıyev və Rəşad Hümbətov tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :
Kitab türk dilinə tərcümə olunub və nəşr olunub :