Səhihi Buxari

Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Siddə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir.

Müəllifi Buxaridir. Əsərin əsil adı "əl-Camius-Səhih" (Yəni səhih hədislərin cəmi) olsa da müəllifinə nisbətlə "Səhihi-Buxari" olaraq anılır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Müəllif[redaktə | mənbəni redaktə et]

Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və hədis toplamışdır. Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b. alimlər ondan hədis rəvayət etmişlər.

Əsər[redaktə | mənbəni redaktə et]

Kitab cildlərə bölünür (cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə əsər 9082[1], 7593[2] və ya 7397[3] hədisdən ibarətdir . Əsər 9-cu yüzillikdə alim Əbulabbas Zeynəddin Əhməd ibn Abdullətif əş-Şərci əz-Zəbidi tərəfindən "Ət-Təcrîdü's-Sarîh li-Əhâdîsi'l-Câmii's-Səhîh" adı ilə yenidən tərtib olunmuş, və tərtib zamanı təkrar hədislər çıxarılmışdır. Hal-hazırkı bir çox "Səhihi Buxari" kitabları da məhz onun tərtibi olan versiyanın təkrar nəşr və tərcümələridir.

Kitabları (Bölmələri)

Şərhlər[redaktə | mənbəni redaktə et]

  • “Səhih Buxarinin şərhi”, Əbul-Həsən Əli ibn Xələf ibn Əbdülməlik əl-Qurtubi əl-Məliki (İbn Battal) (HQ. ?-449)
  • “ət-Təlvih fi Şərh əl-Cəmius Səhih”, Əlaəddin Mağlutay ibn Qəlic ət-Türki əl-Misri əl-Hənəfi (HQ. ?-762)
  • “əl-Kovkəb əd-Dərari fi Şərh Səhih əl-Buxari, Şəmsəddin Məhəmməd ibn Yusif ibn Əli ibn Səid əl-Kərmani (HQ. ?-786)
  • “Fəthul Bari Şərh Səhih əl-Buxari”, Əbul-Fadl Əhməd ibn Əli ibn Həcər əl-Əsqalani əş-Şafei (HQ. ?-852)
  • “Umdətul Qari fi Şərhil Buxari”, Bədrəddin Mahmud ibn Əhməd əl-Eyni əl-Hənəfi (HQ. ?-855)
  • “ət-Tövşih Şərh əl-Cəmius Səhih”, Cəlaləddin əs-Suyuti (HQ. ?-911)
  • “İrşədus Səri ilə Şərh Səhih əl-Buxari”, Şihəbuddin Əhməd ibn Məhəmməd əl-Xatib əl-Qastalani əl-Qahiri əş-Şafei (HQ. ?-923)
  • İmam Nəsrəddin Əli ibn Məhəmməd ibn əl-Munir əl-İskəndərinin şərhi
  • “Feyzul Bari Şərh Sahihul Buxari”, Məhəmməd Ənvər Şah Kəşmiri

Nəşrləri[redaktə | mənbəni redaktə et]

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub :

  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Məktəbə əs-Sələfiyyə", Qahirə, 1400/1980; təhqiq: Muhibuddin əl-Xətib və Muhəmməd Fuad Əbdül-Baqi
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar əl-Fikr", Beyrut, 1401/1981
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar əs-Səlam", ər-Riyad, 1997, tərcümə: Dr.Muhəmməd Muhsin Xan
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Beyt əl-Əfkar əd-Dəvliyyə lil-Nəşr", ər-Riyad, 1419/1998; təhqiq: Əbu Suheyb əl-Kərmi
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar Təvq ən-Nacə, Beyrut", 1422/2002; təhqiq: Muhəmməd Zuheyr ibn Nasir
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, "Dar İbn Kəsir", Dəməşq/Beyrut, 1423/2002
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar ər-Ruşd, ər-Riyad", 1427/2006; təhqiq: Əbdüs-Salam ibn Muhəmməd Ömər Alluş

Kitab müxtəsər şəkildə Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :

Kitab Türk dilinə tərcümə olunub və 16 cilddə nəşr olunub :

Kitab özbək dilinə tərcümə olunub, dörd cilddə nəşr edilib:

  • "Хадис (ал-Жомиъ ас-Сахих)", Тошкент, Комуслар Бош Тахририяти, 1997.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kutubi Sitte veritabanı". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-26.
  2. Məhəmməd Fuad Əbdülbəqinin hesablamalarına əsasən
  3. Əbul Fadl Əhməd ibn Əli ibn Həcər əl-Əsqalaninin hesablamalarına əsasən

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]