Sünəni İbn Macə

Sünəni-İbn Macə (ərəb. سُنن ابن ماجة‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittənin) biridir.

Sünəni-İbn Macə
ərəb. سنن ابن ماجه
Müəllif İbn Macə
Janr İslam
Orijinalın dili Ərəbcə

Müəllifi İbn Macədir (m. 824–887) (h.q. 209–273). Əsərin əsil adı "Kitəbus Sunən" olsa da müəllifinə nisbətlə "Sünəni İbn Macə" olaraq anılır.

Əl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini 824-cü ildə Qəzvin şəhərində doğulub[1]. 22 yaşından hədis toplamaq məqsədilə Misir, Xorasan, Rey, İraq, Hicaz və b. yerlərə səfər etmişdir. Və ən məşhur əsəri olan "Kitəbu Sunən" əsərini yazmışdır. İbn Macə 887-ci ildə vəfat etmişdir.

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Müəllif əsəri 5 cilddə tərtib etmişdir. Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 4341 hədis yığmışdır.

Kitabları (Bölmələri)

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub :

  • Sünən ibn Macə, Məktəbə əl-İlmiyyə, Beyrut

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :

  1. al-Dhahabi, Muhammad ibn Ahmad (1957). al-Mu`allimi. ed (in Arabic). Tadhkirat al-Huffaz. 2. Hyderabad: Da`irat al-Ma`arif al-`Uthmaniyyah. pp. 636.