Sünbülçiçəyi (lat. Hyacinthus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Sünbülçiçəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Sünbülçiçəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yarpaqları rozet halında toplanmışdır. Çiçəkləri sünbülvarı salxımda yerləşir. Şərqi Aralıq dənizi ölkələrində yabanı halda bitən bir növü — şərq sünbülçiçəyi (H. orientalis) məlumdur. XV əsrin əvvəllərindən becərilir. Sünbülçiçək sortları rəngi, ölçüsü, forması və çiçək salxımının sıxlığı ilə xarakterizə olunur. Azərbaycanda mart—aprel aylarında çiçəkləyir.