Süngər Bob qaçışda (ing. The SpongeBob Movie: Sponge on the Run) — Tim Hillin rejissorluğu ilə 2020-ci ildə çəkilmiş animasiya filmi. Cizgi filmi "Süngər Bob" serialının yaradıcısı Stiven Hillenburqun xatirəsinə həsr olunub. Bu cizgi film, Süngər Bob haqqında çəkilən üçüncü tammetrajlı filmdir.
Süngər Bob qaçışda | |
---|---|
ing. The SpongeBob Movie: Sponge on the Run | |
Janr | komediya filmi |
Baş rolda | |
Bəstəkar | |
İstehsalçılar | Paramount Pictures |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 14 avqust 2020, 5 noyabr 2020, 4 mart 2021 |
Müddət | 83 dəq.[1][2] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID4823776 |
Vikianbarda əlaqəli mediafayllar |
Atlantida kralı Poseydon (Mett Berri) kanslerindən (Reci Uotts) qrim üçün bir ilbiz sifariş verməsini istəyir. Kansler də elan verir. Elanı oxuyan Şeldon Plankton (Mister Lourens) bunu krabsburgerin sirli reseptini ələ keçirmək üçün bir fürsət hesab edir. Belə ki, o düşünür ki, əgər Süngər Bobun ev ilbizi Qerini (Tom Kenni) Poseydona versə Süngər Bob Atlantidaya gedəcək və bir daha dönməyib ona mane olmayacaq. Və Plankton öz planını yerinə yetirib Qerini Poseydona satır. Süngər Bob (Tom Kenni) bundan xəbər tutaraq dostu Patriklə (Bill Fagerbakki) birgə axtarışa çıxır. Bunda onlara Müdrik adlı Çölkeçən (Kianu Rivz) kömək edir. Sonra onlara Süngər Bobun digər dostları olan Mister Krabs (Klensi Braun), Sendi (Kerolin Lourens), Skvidvard (Rocer Bampass) və hətta Planktonun özü də kömək edir. Nəticədə Poseydon zülmlərindən əl çəkir və Süngər Bobla dostları (həmçinin Qeri) Bikini Bottoma qayıdır.