Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Süni qan dövranı aparatı (SQDA)[mənbə göstərin] və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır.
Süni qan dövranı aparatı əsasən ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından — ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir.
Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir[1]:
Avstriya-Alman fizioloqu Maksimilian fon Frey 1885-ci ildə Leypsiq Universitetinin Karl Lüdviqin Fiziologiya İnstitutunda ürək-ağciyər maşınının ilkin prototipini yaratdı.[2] Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur. Experimentdə 1937 ci ildə amerikalı Con Gibbon ing. John Gibbon ekstrakorporal qan dövranını ugurla sınaqdan keçirmiş olur. Lakin aparat tibbdə ilk tətbiqini 6 may 1953 cü ildə tapmış olur. Con Gibbon bu aparatın köməyi ilə qulaqcıqlararası çəpərin qüsuru olan 18 yaşlı qadın xəstəsində əməliyyatı 45 dəqiqəlik süni qan dövranı şəraitində icra etmiş olur. O zaman ki oksigenator indiki produktivliyə malik olmadığı üçün, orqanizm toxumalarının oksigenə olan təlabatını azaltmaq məqsədilə 1954 cü ildə qanın soyudulması — hipotermiya tətbiq edilməyə başlanılmışdır. 1955-ci ildə oksigenator təkmilləşdirilərək onun oksigenləşdirmə qabiliyyətini artırmaq və qaz emboliyalarının qarşısını almaq mümkün olmuşdur. 1956-cı ildə günümüzdə tətbiq edilən membranoksigenatoru əldə edilmiş olur.
Klinik nöqteyi nəzərdən vacib parametrlər: Pasient göstəriciləri:
Süni qan dövranı aparatı: