Sürünən mahoniya

Sürünən mahoniya (lat. Mahonia repens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.

Sürünən mahoniya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada, Britaniyadan Yeni Meksika və Kaliforniyaya qədər yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Sərilmiş budaqlara malik, hündürlüyü 0,25-0,5 m-ə qədər olan koldur. Yarpaqları 3-7 ədəd enli yumurtavari, 3-6 sm uzunluğunda, tutqun göyümsov yaşıl, dərivari, kənarları iti dişli yarpaqcıqdan ibarətdir. Çiçək saplaqları 2-3 sm uzunluğundadır. Çiçək salxımları uclarda yerləşib, 3-7 sm uzunluqdadır. Meyvələri qara, zəif tüklüdür, avqustun ortaları yetişir. Mahoniya toxumlarla, yarım-oduncaqlaşmış qələmlərlə, yarpaq tumurcuğu və kök zoğları ilə çoxalır.

Quraqlığa davamlıdır. Birillik zoğları donmağa meyillidir, soyuq qışda isə yaşlı zoğları da dona bilər.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Cənub bölgəsində rast gəlinir.

Yaşıl fonda özünəməxsus gözəl görünüşü vardır. Daşlıq ərazilərdə, dağlarda və bordürlərdə torpaqqoruyucu bitki kimi yaxşıdır. Mahoniyanın bu növünü kölgəli yerlərdə qazon əvəzinə istifadə etmək olar. Həmişəyaşıl bordürlərdə salmaq üçün yararlıdır.