Sürünən qaytarma

Sürünən qaytarma (lat. Potentilla reptans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.

Sürünən qaytarma
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır. Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür. Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur. Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir. Çiçəkləməsi iyun ayında baş verir. İyun-avqust aylarında meyvə verir.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Dağ meşələrinin açıq yerlərində, alaqlı çəmənlərdə, yol kənarında rast gəlinir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Dasiphora reptans (L.) Raf.
  • Dynamidium reptans (L.) Fourr.
  • Fragaria reptans (L.) Crantz
  • Tormentilla linnaeana Kechaykin & Shmakov

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 499.