Sürvəyarpaq buxurkolu (lat. Cistus salviifolius) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü.
Sürvəyarpaq buxurkolu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Sürvəyarpaq buxurkolu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Aralıq dənizi sahillərində yayılmışdır. Avropada, Asiyada, İranda, Türkiyədə, Qafqazda təbii halda bitir.
Hündürlüyü 50-80 sm olan torpaqqoruyucu koldur. Yarpaqları ellipsvarı və ya yumurtavarı-uzunsovdur. Qısa saplaqlı, üstü qırışlı, ulduzvarı tükcüklərlə örtülmüşdür. Çiçəkləri tək və ya 2-3 ədədi bir yerdə toplaşmışdır. Ləçəkləri yumurtavarı, ağ bünövrəsi sarı xallıdır. Kasayarpaqları enli-yumurtavarı, kütuclu və boz rənglidir. Erkəkcik çiçəklər şaquli vəziyyətdən horizantal vəziyyətə keçir və ləçəklərə yapışaraq, dişicik ağızcığı açılır. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqustda yetişir. Qutucuq meyvəsi sıx tükcüklüdür. Toxumlarla və bəzən kök zoğlarının köməkliyi ilə bərpa olunur.
Əhəngli və ya quru torpaqlarda quru, açıq, günəşli yerlərdə bitir. Səhraların, quru şam meşələrinin və qumlu dəniz sahilərinin bitkiləridir. Yanğına davamlıdır.
Böyük Qafqazda aşağı dağ zolağında, daşlı yamaclarda bitir.
Dekorativ və balverən bitkidir. Yarpağından tünd-yaşıl və ya qonur rəngli buxur yağı alınır. Buxur yağı ətriyyatda, təbabətdə dərman bitkisi kimi istifadə edilir.