Sia Keyt İzobelle Fürler (/ˈsiːə/ SEE-ə 18 dekabr 1975[1][2], Adelaida, Avstraliya[1]) - avstraliyalı müğənni və bəstəkar. O, karyerasına 1990-cı illərin ortalarında Adelaidada eysid caz qrupu Crisp-də müğənni kimi başlayıb. 1997-ci ildə, Crisp dağılanda Avstraliyada OnlySee adlı debüt studiya albomunu buraxdı. Daha sonra o Londona köçdü və ingilis ikilisi Zero 7 üçün vokal oxudu. Sia 2001-ci ildə "Healing Is Disfficult" adlı ikinci studiya albomunu, 2004-cü ildə isə üçüncü albomu Colour the Small One-ı yayınlandı.
Sia | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Sia Kate Isobelle Furler |
Ləqəbi | Sia |
Doğum tarixi | 18 dekabr 1975[1][2] (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], bəstəkar, musiqi prodüseri, aktrisa, kinorejissor |
Fəaliyyət illəri | 1993-cü ildən |
Janrlar | elektropop[d], indi-pop[3] |
Səs tembri | messo-soprano |
siamusic.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Sia 2005-ci ildə Nyu-Yorka köçdü və ABŞ-yə qastrol səfərinə çıxdı. 2008 və 2010-cu illərdə müvafiq olaraq onun dördüncü və beşinci studiya albomları Some People Have Real Problems və We Are Born buraxıldı. Hər biri Avstraliya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikata layiq görüldü və əvvəlki albomlarına nisbətən daha böyük diqqəti cəlb etdi. Getdikcə artan şöhrətindən narahat olan Sia, ifasına fasilə verdi və diqqətini digər sənətçilər üçün mahnı yazmağa yönəltdi və "Titanium" (Devid Quetta ilə), "Diamonds" (Rihanna ilə), "Wild Ones" (Flo Rida ilə) kimi uğurlu əməkdaşlıq nəticəsi əldə etdi.