Sıə Tolış

Sıə Tolış (tal. Сыә Толыш, Sьə Тоlьş; azərb-kiril. Кьзьл Тальш), Qızıl Talış — 1931–1939-cu illərdə Azərbaycan SSR-də nəşr olunan talış xalq qəzeti.

Sıə Tolış
Yaranma tarixi 21 yanvar 1931
Dil talış dili, Azərbaycan dili
Nəşrini dayandırıb 18 fevral 1939
Tiraj 1.500

1930-cu illərdə Talış dilinin tədqiqi sahəsində xeyli işlər görülmüşdü. Yerliləşdirmə siyasətinin tərkib hissəsi kimi bədii ədəbiyyatın tərcümələri nəşr edilmiş, talış dili də Azərbaycan dilçiləri tərəfindən tədqiq edilmişdir.[1] Talış dilində qəzet və jurnallar nəşr olunmağa başladı. Bu zaman talış ədəbiyyatında dirçəliş baş verdi.[2]

1931-ci il yanvarın 21-dən Böyükağa Mirsalayevin və məsul katib Müzəffər Nəsirlinin redaktorluğu ilə 1500 nüsxə tirajla "Кьzьl Talьş" (Qızıl Talış) adlı qəzet nəşr olunmağa başladı. Bu qəzet "Talış" adını daşıyan ilk qəzet və talış dilində məqalələr dərc olunan ilk qəzet kimi tanınır.[3][4][5]

Qəzet 5 dekabr 1931-ci ildə əsasən talış fəhlələrindən bəhs etdiyi üçün adını dəyişərək "Sьə Tolьş" qoydu.[6]

6 iyun 1937-ci ildə Azərbaycan Kommunist Partiyasının XIII qurultayı ərəfəsində keçirilmiş plenumdan sonra Mərkəzi Komitənin qurultaya gələcək hesabatının məzmunu müzakirə olundu, digərləri arasında Azərbaycan dilinin fars, ərəb və Osmanlı təsirlərindən təmizlənməsi məsələsinə toxunuldu.[7] Müzakirə iştirakçılarından biri "tat dilinin təmizlənməli" olduğunu qeyd edib. Mircəfər Bağırov isə "düşünürəm ki, tat, kürd, talış dillərindən azərbaycan dilinə keçməyin vaxtıdır. Xalq maarif komissarlığı təşəbbüs göstərməlidir, onların hamısı azərbaycanlıdır" deyə bildirib.[7][8]

Həmin plenumdan sonra başqa dillərdə tədrisin verilməməsi və azərbaycan dilinə keçməsi qərara alındı, talış dilində məktəblər bağlandı, dövri nəşrlər dayandırıldı, Talış alimləri və ictimai xadimləri (Zülfüqar Əhmədzadə, Müzəffər Nəsirli və s.) repressiyalara məruz qaldılar.

1938-ci ilin əvvəlindən etibarən talış dilində məqalələrin sayı getdikcə azalmağa başladı, 22 sentyabr 1938-ci ildən etibarən isə qəzet tam olaraq Azərbaycan dilində nəşr olunmağa başladı.[3]

18 fevral 1939-cu ildə nəşr olunan son nömrədən sonra qəzet "Sosialist subtropikası" adlandırıldı, daha sonra 16 iyun 1957-ci ildə "Leninçi", 22 sentyabr 1990-cı ildə "Lənkəran" olaraq dəyişdirilib və hal-hazırda bu adla nəşr olunur.[4]

Qəzetdə talış diyarı, dili, ədəbiyyatı, tarixi ilə bağlı materiallar dərc edilirdi. Şeirlərə və folklor əsərlərinə də yer verilirdi. Şeirlər 1938-ci ilə qədər Azərbaycan və talış dillərində, 1938-ci ildən sonra isə Azərbaycan dilində nəşr edilmişdir. Şeir dövrün ənənəvi mövzularından istifadə edirdi: Kommunist Partiyası, komsomol, kolxoz, fəhlə, traktor sürücüsü, Lenin, Stalin və başqaları. Nəticədə, şeirdə ideologiyanın ötürülməsi vəzifəsi ön planda idi. Qəzet Talış folklorunun toplanmasında da mühüm işlər görürdü. Bu əsərlərin əhəmiyyəti folklor nümunələrinin toplanması və dövri olaraq öz səhifələrində dərc edilməsi fəaliyyətlərini dəstəkləmək idi. Müzəffər Nəsirlinin "Talış folkloru haqqında bir neçə kəlmə" adlı məqaləsi isə Talış folklorunun öyrənilməsi üzrə mühüm mənbələrdən birinə çevrilmişdi.[3]

Qəzetin birinci nömrəsində yazılır ki, qəzet sovet hökumətinin talış xalqına hədiyyəsidir və talış xalqı talış əlifbasının, dilinin, ədəbiyyatının inkişafına layiqdir.[3] Qəzet Talış poeziyasının inkişafına böyük təkan vermişdi. O dövrün ən çox nəşr olunan talış şairləri Zülfüqar əhmədzadə, Müzəffər Nəsirli, Q. Kazımov, X. Quliyev, A. Quliyev, S. Əliyeva idi.[9]

  1. А. А. Умняшкин. ИРАНСКИЕ ЯЗЫКИ КАВКАЗА: ИСТОРИЯ ИЗУЧЕНИЯ ТАЛЫШСКОГО ЯЗЫКА (рус.) // Политические науки. Востоковедение. Вып. 10.. — 2011. — С. С. 135–142.
  2. Г. Асатрян, "Введение в историю и культуру талышского народа", с. 107
  3. 1 2 3 4 Агаев Э. Работы по литературе/фольклору в газете "Сыа Толыш" // Вестник Национальной Талышской Академии. № 1. 2011. 130–150.
  4. 1 2 А. Байрами. Справка об истории талышского печатного издания (талышский) // Толышон Садо. — 2012. — 25 февраль (№ 6 (018)). — С. 8.
  5. Мирхашим Талышлы, Ахадов Этибар. Ленкорань: Энкциклопедическая информация = Lənkərən: Ensikloprdik məlumat. — 2. — Баку: ASC, 2017. — С. 274. — 584 с. — ISBN 5-89968-099-7.
  6. Эльнур Агаев. Место Музаффара Насирли в талышской прессе = TOLIŞİ MƏTBUATİ TARIXƏDƏ MЬZƏFFƏR NƏSİRLİ VIRƏ // ALƏM. — 2016. — № 3 (3). — С. 2–7.
  7. 1 2 Исмаилов Эльдар. История "большого террора" в Азербайджане. — Политическая энциклопедия. — Москва, 2015. — С. С. 155–156. — 239 с. — ISBN 978-5-8243-1943-9.
  8. Абилов И. "Репрессированное талышеведение". ИА REGNUM (rus). 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  9. Аллахверди Байрами «Azərboyconi tolışon ədəbiyot”/ “Литература талышей Азербайджана”, 1 часть, Баку, изд-во “МБМ”, - 2013. С. 59-60, - 283 с. ISBN 978-9952-29-046-9