Sıx qarağac

Sıx qarağac (lat. Ulmus densa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.

Sıx qarağac
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

İranda və Azərbaycanda rast gəlinir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 18–20 m, diametri 60 sm-ə çatan, boz qabıqlı, çətirli ağacdır. Budaqlarının qabığı isə açıq-bozdur. Yarpaqların uzunluğu 5–8 sm, eni 3–4 sm olub, çılpaq və ya tükcüklüdür, kənarları ikiqat mişar dişlidir, ucu sivriləşmiş, qaidəsi dairəvi-pazşəkilli, alt tərəfdən vəziciksizdir. Azərbaycanda nalbənd ağacı onun gözcüklərini düz və çevrilmiş şəkildə qarağac bitkisinə calaq etməklə alınır. Bu cür aparılan calaq ağaclarda çadır formalı çətirlərin əmələ gəlməsinə səbəb olur. Nalbənd toxumla da artırılır. Tоxumdan alınan nalbənd ağacının çətiri piramidal-ovalşəkilli, möhkəm və sıx olur.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Qurağlığa, şaxtaya, az şoran torpaqlara dözümlüdür.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanın bir çox yaşayış məntəqələrində, Abşeronda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Uzunömürlü ağacdır, son dövrlərdə Azərbaycanda yaşıllaşdırmada geniş istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]