Kinoreportaj Gənclər və Tələbələrin III Respublika Festivalına həsr olunmuşdur. Filmdə Azərbaycan Dövlət Konservatoriyası tələbələrinin və gənc neftçilərin festivala hazırlığının əsas mərhələləri öz əksini tapmışdır. Festivalın açılışı, Bakının küçə və meydanlarında festival iştirakçılarının çıxışları filmin kulminasiyasını təşkil edir. Respublikanın rayonlarında da çoxlu çəkilişlər aparılmışdır. Misal üçün, kənd qızlarının festivala hazırlaşmaları, yaylaqda çobanların rəqsi və s.
Səadət və əmək mahnıları | |
---|---|
Janr | sənədli film |
Rejissor | Seyfulla Bədəlov |
Ssenari müəllifi | Hüseyn Nəcəfov |
Operator | Xan Babayev |
Bəstəkar | Rauf Hacıyev |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1957 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1957 |
Texniki məlumatlar |
3 hissə 840 metr 35 mm |
Rəng | rəngli |