Səadətabad bağı — 1544-cü ildə Səfəvilər dövründə şahın səfirlərlə görüşməsi üçün Qəzvin şəhərində salınmış bağ. Paytaxt Qəzvinə köçürüldükdən sonra burada bir neçə əlavə bağlar salınmış və imarətlər tikilmişdir.[4][5][6]
Səadətabad bağı | |
---|---|
36°16′05″ şm. e. 50°00′13″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Qəzvin |
Yerləşir | Qəzvin ostanı[1] |
Tikilmə tarixi | XVI əsr |
Üslubu | Səfəvi memarlığı[d][2][3] |
Kateqoriya | bağ |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Səadətabad bağı 1544-cü ildə Qəzvin şəhərində tikilmişdir. İlk dövrlər bağ Səfəvilər dövlətinin ərazisində fəaliyyət göstərən səfirlərin şahla görüşdükləri yer kimi fəaliyyət göstərmişdir. Sonradan paytaxt Qəzvinə köçürüldükdən sonra ətrafda daha bir neçə bağ və imarətlər tikilmişdir. 1590-cu ilin səfəvi tarixçisi Qazi Əhməd Quminin «Xülasətut-təvarix» adlı kitabında yazdığı kimi, bağ və oradakı imarətlər Səfəvi dövrünün ən gözəl tikililərindən biri olmuşdur. Bağda Çəhəl Sütun Sarayı, Nadir şahın, qacarların və pəhləvilərin malikanələri yerləşib. Binaların bəziləri müxtəlif dövrlərdə dağılsa belə əksər binalar günümüzə qədər gəlib çatıb.[4][5][6]