Qəzvin Cümə məscidi – Azərbaycanın ən qədim məscidlərindən biri. Kompleksə məsciddən başqa bir neçə mühüm tikili də daxildir.[2][3] Qəzvin cümə məscidi Azərbaycan memarlığında özünəməxsus yeri olan abidələrdəndir.[4]
Cümə məscidi | |
---|---|
36°15′39″ şm. e. 50°00′06″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Qəzvin |
Yerləşir | Qəzvin şəhristanı |
Sifarişçi | Xumartaş Abdulla oğlu (Qəzvin hakimi) |
Tikilmə tarixi | VIII əsr |
Üslubu | Səfəvi memarlığı[d] |
Material | daş[d], kərpic, Gips |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəzvin Cümə məscidi uzun formalaşma tarixi olan və iç həyət ətrafında müxtəlif çağlarda tikilmiş bina və yerləşgələr toplusundan ibarət mürəkkəb quruluşlu abidədir. Məscid keçmiş atəşpərəst məbədinin yerində tikilmişdir. Onun ilk özül daşı VIII əsrdə qoyulmuş, son tikinti işləri XX əsrin ortalarında aparılmışdır. Bu tarixlər arasında məscid dəfələrlə genişləndirilmiş, yenidən qurulmuşdur. Qəzvin Cümə məscidi kompleksinə daxil olan abidələrdən ən dəyərlisi sözsüz ki, Əmir Xumartaş Türbəsi, ya da Xumartaş Məqsurəsi adı ilə tanınan səlcuqlu dövrü abidəsidir. Abidə xalq arasında daha çox Xumartaş Günbədi adı ilə tanınır. Orta əsr yazarları Qəzvin Cümə məscidindən danışanda bildirirlər ki:[4]
Azərbaycan ölkəsindəki Qəzvin şəhərinin came məscidinin möcüzələrindən biri məscidin qarpız biçimli çox uca məqsurəsidir. Başqa ölkələrdə ona tay yoxdur. |
Xumartaş günbədinin indi bayır tutumunu üst-üstə kub, səkkiz üzlü və günbəz yaradır. Sferik səthi lentvari saya bəzəklə örtüldüyündən günbəzin biçimcə qarpıza oxşarlığı var. Xumartaş məqsurəsini Səlcuqlu sultanı Sultan Mahmud zamanında Qəzvin hakimi Xumartaş Abdulla oğlu 1106–1114-cü illər arasında tikdirmişdir. Onun kvadrat planlı ibadət salonu tək günbəzlə (diametri 10, 3 m) örtülüdür.[4]