Səbail (tanrı)

Səbail — qədim dövrlərdə Abşeron yarımadasında yaşayanların mifologiyasında dəniz tanrısı.[1] O, yer və dəniz arasındakı balansı qoruyur, dəniz küləklərinə nəzarət edir. Səbail haqqında məlumat Əbubəkr ibn Xosrov əl-Ustad tərəfindən yazılmış, 365 səhifədən ibarət "Munisnamə" əsərində verilmişdir. Azərbaycanlı tədqiqatçı Cavid Ağa Bayıl qalasının adının eyniadlı tanrının adına əsaslanması, burada ona həsr olunmuş məbədin olma ehtumalını istisna etmir.[2]