İsmayıl Qəznəvi - atası Səbuk Təkinin ölümündən sonra onun vəsiyyətinə əsasən taxta çıxmışdı. Cəmi 7 ay hakimiyyət sürən İsmayıl qardaşı Mahmud tərəfindən yaşca özü böyük olduğu üçün taxtdan çəkilməyə məcbur edildi. İsmayıl həyatının geri qalan hissəsini Cürcanda bir qalanın hakimi olaraq yaşadı. Səbuk Təkin yaşca kiçik olmasına baxmayaraq, anası Alp Təkinin qızı olduğu üçün onu vəliəhd seçmişdi.
İsmayıl | |
---|---|
اسماعیل غزنی | |
Qəznəvilərin ikinci əmiri | |
Əvvəlki | Səbuk Təkin |
Sonrakı | Sultan Mahmud Qəznəvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Qəznə |
Vəfat tarixi | ? |
Vəfat yeri | |
Dəfn yeri | Cürcan |
Atası | Səbuk Təkin |
Dini | Sünnilik |
Səbutəkinin öldüğü zaman qardaşı Buğracuk, Herat və Puşenc valisi, oğullarından Mahmud Xorasan orduları komandanı, Əbu Müzəffər Nasr Büst valisi ve İsmayıl isə Qəznəvi və Bəlx hakimi yerləşirdi. Yusif təxminən 3 yaşındaydı. Səbutəkin ölmədən əvvəl, çox gümanki Alptəkinin qızından olan oğlu İsmayılın taxta keçməsinin vəsiyyət etmişdir. Hətta əmirlər və sərkərdələrdən ona itaət edəcəklərinə dair sədaqət andı almışdı. İsmayıl atasının ölüm xəbərini eşidən kimi Bəlxə səfər etdi və hökmdarlığını elan etdi. Ayrıca o yaxın vaxtda qardaşı Mahmudla ehtimal edilən taxt müharibəsində əsgərlərinin itaətini möhkəmləndirmək üçün də onlara atasının xəzinəsindən çoxlu sayda pul və hədiyyələr dağıtdı.
Nişapurda olan qüdrətli və təcrübəli Mahmud, zəif təbiətli qardaşı, İsmayının hökmdarlığını tanımadı. O atasının matəm mərasimini yerinə yetirən dən sonra bir elçisini İsmayıla göndərərək, özünün yaşca daha böyük olduğunu və bu hüququnun tanınmasını tələb etdiyini bildirdi. Ayrıca o Gəznə şəhərinin də özünə təslimini istiyirdi. Mahmud buna qarşılıq qardaşına Bəlx və Xorasan əyalətini verirdi. Ancaq İsmayıl bu təklifi və daha sonra da Mahmudun qayınatası Cüzcanan hakimi Əbu Hərisin barışıq istəyini qəbul etmədi. Bu səbəbdən Mahmud son qərarı müharibə etməkdə gördü və o müharibə üçün hazırlandı. O qardaşı Nəsr və əmisi Buğracuğu da öz tərəfinə çəkdi. Nəsr və Buğracuq ordularıyla Heratda onunla birləşdilər. Mahmud qəznəvi kifayət qədər gücləndikcə sonra Qəznə şəhərində səfər etdi. İsmayıl da bu şəhəri qorumaq üçün Bəlxdən hərəkətə keçdi. Lakin onun yanındakı sərkərdələrin çoxu Mahmud meyilli idilər və məktublar yazaraq ona itaət edəcəklərini bildirirdilər. Mahmud qardaşıyla arasında böyük bir savaş başlamazdan əvvəl bir dəfə razılaşma təklifi göndərdi. İsmayıl isə bunu onun zəif olduğunu bildiyinə görə etdiyini fikirləşərək təklifi rədd etdi. İki qardaş arasında 998-ci il Mart ayında baş verdi. İsmayıl, Mahmudun ordusu qarşısında bütün gün savaşdı amma axşama yaxın ordusu dağılaraq qaçmağa başladı. Mahmud bu şavaşla yeni zamanda Qəznəvilər taxtına da qazandı. İsmayıl Qəznə qalasına sığındı, lakin müqavimətin faydasızlığını anlayaraq təslim oldu. Onun səltənəti yeddi-səkkiz ay keçmişdir.[1]
SƏLƏF Səbuk Təkin |
I İsmayıl 997-998 |
XƏLƏF Sultan Mahmud Qəznəvi |