Sədərək məscidi (Bakı)

Rəsulallah məscidi və ya Sədərək məscidiBakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşən məscid.[1]

İslam
Rəsulallah məscidi
Din
İlahi gücü Şiəlik
Yerləşməsi
Ölkə  Azərbaycan
Bölgə Qaradağ rayonu
Şəhər Lökbatan
Memarlıq
İnşa tarixi 2007
Tikdirəni
Vəziyyəti Fəaliyyət göstərir
Rəsulallah məscidi xəritədə
Rəsulallah məscidi
Rəsulallah məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan Sədərək Ticarət Mərkəzinin ərazisində 2007-ci ildə tikilmişdir.[2] Məscid əsasən işçilər üçün nəzərdə tutulmuşdur.[3]

Məscid iki-mərtəbəli, müasir səkkizbucaqlı bir tikilidir. Məscidin minarəsi yoxdur. İkinci mərtəbədə, məscidin günbəz hissəsində cəmi 14 pəncərə var. Məscidin ərazisinə daxil olan yerdə dördbucaqlı şəklində olan ikinci bir struktur var. Tikili dəstənamaz üçün nəzərdə tutulmuşdur. Məscidin ərazisi hündürlüyü iki metr olan bir çəpərlə əhatə edilmişdir.

  1. "Sədərək Ticarət Mərkəzi" (az.). sederek.info. 29 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
  2. "Начинается перенос крупнейших на Кавказе вещевых рынков Садарак и Бина". 29 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
  3. "В Азербайджане горел один из крупнейших торговых центров". Комсомольская правда в Украние. 18 iyun 2013. 2 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]