Səfər Əsədov

Səfər Alməmməd oğlu Əsədov (1929, Yaycı) — 1965-1967-ci illərdə Culfa Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1968-1970-cı illərdə Araz Su Qovşağı Tikinti İdarəsi Partiya Komitəsinin katibi, 1971-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri.

Səfər Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 1929
Doğum yeri
Təhsili

Təltifləri "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

1929-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1945-ci ildə Culfa Dəmiryolu Məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır.

Səfər Əsədov 1956-cı ildə Bakı Ali Partiya Məktəbində daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini tamamlamışdır.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1945-ci ildən qəsəbə soveti sədrinin katibi, Culfa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində şöbə müdiri, Culfan Rayon Plan Komissiyasının sədri olmuşdur. 1948-ci ildən Culfa Rayon Partiya Komitəsinin təlimatçısı, Culfa Rayon Komsomol Komitəsinin II katibi, sonra isə I katibi, Culfa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin katibi, Culfa Rayon Partiya Komitəsnin MTS üzrə katibi, daha sonra isə şöbə müdiri olaraq çalışmışdır.

Səfər Əsədov 1960-cı ildən Naçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Culfa Rayon Partiya Komitəsində isə ikinci katib olaraq işləmişdir. Culfa rayonuOrdubad rayonu birləşdikdən sonra vahid Culfa rayonunun Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, daha sonra isə Partiya Dövlət Nəzarəti Komissiyasının sədri olmuşdur.

1965-1967-ci illərdə Culfa Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1968-1970-cı illərdə Araz Su Qovşağı Tikinti İdarəsi Partiya Komitəsinin katibi, 1971-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri olaraq çalışmışdır.

1975-ci ildən Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, Naxçıvan MSSR maarif naziri, Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin birinci müavini, Naxçıvan MSSR Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının sədri olmuşdur.

2000-cı illərdə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir.

VIII, IX, X çağırış Naxçıvan Muxtar Republikası Ali Sovetinə, 19 çağırış şəhər və rayon sovetlərinə deputat seçilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Səfərov Əsəd Alməmməd oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 277.

İstinadlar[redaktə | mənbəni redaktə et]