İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonununŞəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", "Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu.
İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun "İki qardaş" (1950), "Badamlı kəndinin qızı" (1955) oçerkləri, "Təzə qəsəbədə gülüş", "Məzhəkli itki" (1973) novellaları, "İki könül bir olanda" (1947) balet-librettosu, "Şərqin qalibləri" (1960), "Bir stəkan çay" (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A. S. Puşkin, M. M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.
Şairin "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Ağ xalatlı həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.
İslam Səfərlinin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə "İslam Səfərli" adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.
İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyata qovuşub və Fəxri Xiyabanda dəfn olunub.
Əlfi Qasımov "Şair ömrü" – "Azərbaycan" -№ 5, Bakı. Uşaqgəncnəşr. 1950-ci il /səh.122\
İslam Səfərli "Göz həkimi" /M. Əzizbəyov adına Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur\. Rəy: Adil Babayev – "Ədəbiyyat və incəsənət", 26 mart 1956-cı il, "Şərq qapısı" 11 may 1955-ci il.
Qulu Xəlilov "Pıçıldaşın ləpələr" – "Azərbaycan" 1956-cı il.
İslam Səfərli "Həyat nəfəsi". Rəy: Məmməd Rahim – "Ədəbiyyat və incəsnət" 25 iyun 1960-cı il.
Qabil "El aşığının surəti" – "Ədəbiyyat və incəsənət" 26 yanvar 1963-cü il
İslam Səfərli "Əsl xalq uğrunda" /Partiya və hökumət rəhbərlərinin 8 mart 1963-cü ildə ədəbiyyat və incəsənət xadimləri ilə görüşü haqqında\ – 6 aprel 1963-cü il
İslam Səfərli "Qoşa söyüd" /şeirlər\ – "Azərnəşr" 1965-ci il. Rəy: S. Şükürov "Ədəbiyyat və incəsənət" 1965-ci il, "Şərq qapısı" 1965-ci il.
C. Cəfərov "Azərnəşr" I cild, /səh. 329\ 1968-ci il.
İslam Səfərli "Qağayılar yorulanda" /şeirlər\ – "Azərnəşr" 1964-cü il. Rəy: M. Aydın "Ədəbiyyat və incəsənət" 15 may 1965-ci il, "Azərbaycan gəncləri" 16 aprel 1965-ci il.
Mir Cəlal Paşayev, F. Xəlilov "Ədəbiyyatşünaslığın əsasları" – "Bakı" /səh 23\, "Maarif" /səh 130\ 1972-ci il
Ə. Süleymanlı –Məqalələr- "Azərnəşr" Bakı. /səh. 355\ 1971-ci il.
İslam Səfərli "Yol ayrıcında" /Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur\ Rəy: Qulu Xəlilov "Ədəbiyyat və incəsənət" 2 dekabr 1972-ci il, "Kommunist" 20 yanvar 1973-cü il, "Sovet kəndi" 9 yanvar 1973-cü il.
M. Xarçenko "Əsgərlərin sevimlisi" /Naxçıvanlı Böyük Vətən Müharibəsinin iştirakçısı şair İslam Səfərli haqqında\ "Ədəbiyyat və incəsənət" 2 mart 1968-ci il.
F. Mehdi "Ənənə davam edir" /Şair İslam Səfərlinin yaradıcılıq gecəsi haqqında\ "Kommunist" 15 oktyabr 1968-ci il.
N. Gəncəli "Şair döyüşçü" /Sevimli şairimiz İslam Səfərli haqqında\ – "Şərq qapısı" 1 mart 1970-ci il.
Ə. Ağayev "Həyat eşqi" /İslam Səfərlinin 50 illiyi\ – "Ədəbiyyat və incəsənət" 17 fevral 1973-cü il.
Ə. Mahmud "Gözəl nəğmələr şairi" /İslam Səfərlinin anadan olmasının 50 illiyi\ 24 fevral 1973-cü il.
Süleyman Rüstəm "Əsgər şair" – "Kommunist" 22 mart 1973-cü il.
T. Mütəllibov "Gül dəstəsi kimi" – /İslam Səfərlinin anadan olmasının 50 illiyi\ "Azərbaycan gəncləri" 24 mart 1973-cü il.
Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Fəxri adı alması haqqında fərman – "Ədəbiyyat və incəsənət" 24 mart 1973-cü il
Əlfi Qasımov "Sözlə dolu ürək" /İslam Səfərlinin 50 illiyi\ "Ədəbiyyat və incəsənət" 24 mart 1973-cü il.
Vaqif Səmədoğlu "Ömrümüzdən ötsə də neçə bahar, qış" /Şair İslam Səfərli ilə müsahibə\ – "Bakı" 14 aprel 1973-cü il.
H. İbrahimov "Şairlə yenə görüşdük" /Şair İslam Səfərli haqqında\ "Şərq qapısı" 18 noyabr 1973-cü il
"İslam Səfərli – Seçilmiş əsərləri" – "Azərnəşr" 1973-cü il. Res. Pənah Xəlilov "Şairin tövhələri" – "Ulduz" jurnalı № 9, /səh. 56\ 1974-cü il, "Şərq qapısı" 6 fevral 1974-cü il.
S. Şükürov "Orta məktəbdə tarixi poemaların təhlili" – Bakı. "Maarif" 1974-cü il.
A. Zamanov "Otuz il əvvəl" /İslam Səfərlinin vaxtsız vəfatı\ – "Ədəbiyyat və incəsənət" 16 noyabr 1974-cü il.
Ə. Vəkil "Bu səfərin ədəbiyyat" /şeir\ – /İslam Səfərlinin əziz xatirəsinə\ 16 noyabr 1974-cü il.
"Dan ulduzu bir də mən" – "Gənclik" nəşriyyatı. Res: Afət Məmmədov "Şərq qapısı" 15 dekabr 1974-cü il.
F. Tağıyev "Açılmamış səhifələr" /Böyük Vətən Müharibəsinin iştirakçısı İslam Səfərli haqqında\ "Azərbaycan müəllimi" 7 may 1976-cı il
Hidayət Səfərli "Vətən eşqi"ni vərəqlərkən /Böyük Vətən Müharibəsi illərində buraxılan "Vətən eşqi" qazetində şair-dramaturq İslam Səfərlinin müharibədə iştirakı və şeiri çap olunmuşdur\ "Ədəbiyyat və incəsənət" 26 iyun 1976-cı il.
İslam Səfərli "Ağ şanı, qara şanı" – "Gənclik" nəşriyyatı 1976-cı il. Res: Əlyağa Kürçaylı "Azərbaycan" № 10 /səh. 205–206\ 1976-cı il.
B. Nəbiyev "Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı" – Bakı. Elm. /səh 46–79\ 1977-ci il.
N. Rüstəmov "Ləpələrlə pıçıldaşan ürək" – "Ədəbiyyat və incəsənət" 7 may 1977-ci il.
Ş. Həsənov "Əbədi beşik" / "Yazıçı" nəşriyyatı İslam Səfərlinin "Əbədi beşik" adlı kitabını çapdan buraxmışdır\ "Şərq qapısı" 2 sentyabr 1979-cu il.
A. Kəmərli "Nəğməkar şair" İslam Səfərli-60 – "Ədəbiyyat və incəsənət" 2 fevral 1983-cü il.
Tofiq Bayram "Şairə ehtiram" /İslam Səfərlinin anadan olmasının 60 illiyi\ – "Kommunist" 12 fevral 1983-cü il.
A. Abbasov "Könüllərdə yaşayan sənətkar" İslam Səfərli-60 – "Ulduz" 1983-cü il.
Hidayət Səfərli "Şairin arxivindən" /İslam Səfərlinin 60 illiyi ilə əlqədar\ – "Bakı" 2 aprel 1983-cü il
K. Quliyev "Lirika, müasirlik və qəhrəman" – Bakı, Yazıçı /səh 132\ 1983-cü il.
Əlfi Qasımov "Əsgər paltarında" – İslam Səfərli haqqında. "Ədəbiyyat və incəsənət" 22 mart 1985-ci il.
Y. Qarayev, Ş. Salmanov "Poeziyanın kamilliyi" – Bakı. "Yazıçı" /səh 10\ 1985-ci il
E. Məmmədov "Dramaturgiyamızda ənənə və novatorluq" Bakı. "Yazıçı" /səh. 42\ 1985-ci il
M. Məmmədov "Poeziya yeni təfəkkür uğrunda" Bakı. "Yazıçı" /səh. 68\ 1990-cı il.
Əfqan Əsgərov "Bahar oğlu" – "Azərbaycan" 22 aprel 1993-cü il
1993–2000-ci illərdə çap olunmuş məqalələr haqqında məlumat yoxdur.
M. Abbaslı "İslam Səfərli yaradıcılığı" Bakı. "Elm" 2000-ci il
V. Yusifli "Nəğmədən yovrulmuş poeziya" İslam Səfərli-80 "Xalq" 14 fevral 2003-cü il
Telman Mehdixanlı "Qonur gözlü şairə məhəbbətlə" İslam Səfərli-80 "Azərbaycan müəllimi" 14 – 20 fevral 2003-cü il
V. Yusifli "Yaşayan" İslam Səfərli-80 – "Azərbaycan" /səh. 140–144\ 2003-cü il
F. Xəlilzadə "Yurdunu vəsf edən şair" İslam Səfərli-80 "Azərbaycan" 2 fevral 2003-cü il
Əfqan Əsgərov "Ay zalım" İslam Səfərli-80 – "İqtisadiyyat" 21 – 27 fevral 2003-cü il.
Əli Səfərov "İslam Səfərli zirvəsi" – "Mühakimə" 29 mart 2007-ci il
İslam Səfərlinin yaradıcılığına həsr olunan sayt
İslam Səfərlinin dramaturgiyasına həsr olunmuş rusca sayt
Əli Səfərov "Anım" İslam Səfərlinin şəxsi saytından – "Mühakimə" 10 sentyabr 2008-ci il
Vaqif Yusifli "Unudulmayan şair" – "Ədəbiyyat" qəzeti 8 fevral 2008-ci il
Abid Tahirli "Məmləkət duyğularına tərcüman" – Ədəbiyyat qəzeti 2008-ci il
Hidayət Səfərli "Qardaşımı xatırlarkən" – "Ədəbiyyat qəzeti 2008-ci il
Nəriman Həsənzadə "Nəğməkar şair ömrü" – "Şərq" 2008-ci il
İslam Səfərlinin dostlarına və sənətkarlara həsr etdiyi şeirlərdən ibarət sayt
İslam Səfərli — 90 İl. "Romantik pafosdan lirimzə"