Səfəvi imperiyasının Luristan hakimlərinin siyahısı — Səfəvi imperiyasının qərbdə yerləşən inzibati vahidlərindən biri. Bu bölgənin ərazisi müasir İran İslam Respublikasının İlam ostanı və Luristan ostanlarının ərazilərinə uyğun gəlir. Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi.[1][2][3]
Vilayət 1508-ci ildə Şah Rüstəm Abbasi dövründə Səfəvi hökmdarı Şah I İsmayıldan asılılığı qəbul etmişdir. 1578–1587-ci illər istisna olmaqla (bu illərdə vilayətin yerli hakimi Osmanlı imperiyası ilə ittifaqda olmuşdur), Səfəvi imperiyasının süqutuna qədər ona tabe olmuşdurlar.[3]
Siyahıda vilayəti və ya onun hissələrini idarə etdiyi bilinən şəxslər göstərilmişdir.[4] Hakim və ya bəylərbəyi ifadələrinin hər ikisi də vilayət valilərini təsvir etmək üçün işlədilmişdir.[5]
Dövr | Hakim | Qısa məlumat |
---|---|---|
1508 | Şah Rüstəm Abbasi | Luristan və Xürrəmabad hakimi |
?–1540 | Mir Uğur ibn Şah Rüstəm | Luristan hakimi |
1541–1542 | Mir Cahangir | Luristan və Xürrəmabadhakimi |
?–1549 | Bəhram Mirzə Səfəvi | Luristan və Mankare (Sadmarə?) hakimi |
1549–? | Rüstəm xan | Luristan və çox gümanki Mankara hakimi |
1568 | Qeyb Sultan Ustaclı | Luristan və Kürdüstan hakimi |
1568–1585 | Məhəmməd Luri | Luristanın yarısının və Xürrəmabadın, onun ətrafının hakimi |
1568–1575–? | II Şah Rüstəm | Luristanın yarısının, Xavənin və Ləştərin hakimi |
1578–1587 | Osmanlı hakimiyyəti ]] rule | |
1589–1593 | Sultan Məhəmməd Şah | Luristan hakimi |
1593 | Şahverdi Abbasi | Luristan hakimi |
1593–1594 | Sultan Hüseyn ibn Şah Rüstəm | Luristan (Xürrəmabad istisnaolmaqla) hakimi |
1593–1595 | Mehdiqulu xan Şamlı | Xürrəmabad hakimi |
1594–1598 | Şahverdi Abbasi | İkinci hakimiyyət dövrü. Luristanın hamısının (1595-ci ildən etibarən) hakimi |
1598–? | Təhmasibqulu xan İnanlı | Sadmarənin, Hendaminin və Bağdada yaxın digər yerlərin hakimi ' |
1598–1631 | Hüseyn xan Mansur bəy Solvizi | Əvvəlcə Luristanın bir hissəsinin hakimi, daha sonra bütün vilayətin bəylərbəyi. O, həmçinin Bəxtiyarilərin miri olaraq da xidmət etmişdir. |
1631–1641 | Şahverdi xan | Sonuncu hakimin oğlu. Luristan bəylərbəyi. |
1641–1648–? | Əliqulu xan | Sonuncu hakimin oğlu. Luristan bəylərbəyi. |
1651–? | Mənuçöhr xan | Sonuncu hakimin əmisi. Luristan hakimi. |
1684 | Adı məlum olmayan qızılbaş | Qizilbaş tayfasından olan hakim. |
1694–1695 | Şahverdi xan | Kiçik Luristanın hakimi |
1722 | Əlirmərdan xan ibn Hüseyn xan Ali | Luristan hakimi |