Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı

Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısıQəndəhar mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Bu şəhərə sahib olan dövlət Hindistana gedən ticarət yollarından gələn böyük vergilərə də sahiblik edəcəkdi. Səfəvi imperiyası bu şəhəri ilk dəfə 1537-ci ildə I Təhmasibin dövründə ələ keçirdi, lakin növbəti əks-hücuma keçən Böyük Moğol imperiyası şəhəri geri qaytara bildi. Lakin Böyük Moğol imperiyası hökmdarı Hümayun hakimiyyətdən devrildikdən sonra şah I Təhmasibdən yardım istədi və Cənubi Azərbaycanın Sultaniyyə şəhərində baş tutmuş görüşdə razılığa gəlindi ki, taxta geri dönməsinə ediləcək hərbi yardımdan sonra Hümayun bunun qarşılığında şiəliyə keçəcək və Qəndəharı I Təhmasibin oğlu Murad Mirzənin xeyrinə güzəştə gedəcəkdi. Belə də oldu, lakin Murad Mirzənin qısa müddət sonra ölümü ilə bu şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrildi.[1][2][3] 1545-ci ildə Osmanlı ilə Səfəvi imperiyası arasında olan müharibədən istifadə edən moğollar şəhəri ələ keçirirlər, Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı.[4][2] 1590-cı illərdə Səfəvi imperiyasının pis vəziyyətindən yararlanan moğollar şəhəri yenidən ələ keçirdilər, 1620-ci illərin əvvəllərində isə Səfəvilər şəhəri yenidən geri qaytardılar. Bundan əvvəl isə, Şah I Abbas Qəndəharı mühasirəyə almış, lakin uğursuz olmuşdu. 1622-ci ildə yenidən Səfəvi imperiyası hakimiyyəti altına qayıdan şəhər 1638–ci ildə yenidən əl dəyişdirdi və bu hal 1649-cu ilə qədər davam etdi.[5][6] Bu ildə II Abbas şəhəri uğurlu yürüşlə geri qaytardı[7] və onun şəhərə yerləşdirdiyi qarnizon uğurla moğolların 3 mühasirəsini dəf etməyi bacardı.[8][9][10]

Bundan sonra şəhərə moğol iddiaları öz əhəmiyyətini itirdi və şəhər 1709-cu ilə qədər fasiləsiz Səfəvi hakimiyyətində qaldı. Lakin buradakı Səfəvi canişinlərinin, xüsusilə II Şahnəvaz xanın yarıtmaz siyasəti,[11] yerlilərlə olan toqquşmaları əfqanların üsyanına səbəb oldu.[12] Mir Veys xanın rəhbərlik etdiyi üsyan buradakı Səfəvi hakimiyyətinin sonlanması ilə nəticələndi.[13] Hətta üsyançılar daha da inkişaf edərək 1722-ci ildə Səfəvi imperiyasının paytaxtı İsfahanı belə ələ keçirdilər.[14][15][16]

Qəndəharı idarə edən və nisbətən tanınmış şəxslərin siyahısı.[17][18] Bəylərbəyi, hakim və ya vali titullarının hamısı bölgə hakiminə verilən inzibati titullar olmuşdur.[19]

Dövr Hakim Qısa məlumat
1537–1538 Budaq xan Qacar Qəndəhar hakimi.
1538–1545 Heç kim Böyük Moğol imperiyası tərəfindən idarə edilmişdir.
1545 Budaq xan Qacar Qəndəhar hakimi (ikinci dəfə).
1545–1558 Heç kim Böyük Moğol imperiyası tərəfindən idarə edilmişdir.
1558–1576 Həmzə bəy Zülqədər Qəndəhar hakimi.
1576 Fulad Xəlifə Şamlı Qəndəhar hakimi.
1577–? Həmzə bəy Zülqədər Qəndəhar hakimi (ikinci dəfə).
1587 Müzəffər Hüseyn Mirzə Qəndəhar hakimi.
1588 Qur Mirzə Qəndəhar hakimi.
1588 Rüstəm Mirzə Qəndəhar hakimi.
1589–1592 Müzəffər Hüseyn Mirzə Qəndəhar hakimi (ikinci dəfə).
1592–1622 Heç kim Böyük Moğol imperiyası tərəfindən idarə edilmişdir.
1622–1626 Gəncəli xan Zığ Qəndəhar hakimi.
1626–1638 Əlimərdan xan Zığ Əvvəlki hakimin oğlu. Qəndəhar hakimi.
1638–1649 None Böyük Moğol imperiyası tərəfindən idarə edilmişdir.
1649 Mehrab xan QəndəharAstrabad hakimi.
1649–1662/63 Otar bəy Qəndəhar hakimi
1662/63–? Mənsur xan Əvvəlki hakimin qardaşı. Qəndəhar bəylərbəyi.
?–1673 Cəmşid xan
1673–? Zal xan
1694–1695 Dərviş xan Sultan Qəndəhar bəylərbəyi.
1696 Məhəmmədəli xan
1696, 1697 Aslamas bəy Qəndəhar bəylərbəyi.
1698 Kəlbəli xan Qəndəhar bəylərbəyiAstrabad.
1698–1699 Abdulla xan Qəndəhar bəylərbəyi.
1704–1709 Qurqin xan QəndəharKirman bəylərbəyi.
  1. Savory, 2007. səh. 66
  2. 1 2 Thackston, 2004
  3. Savory, 2007. səh. 66–67
  4. Streusand, 2019. səh. 148
  5. Matthee və Mashita, 2011
  6. Chandra, 2005. səh. 242
  7. Kohn, 2007. səh. 337
  8. Noelle-Karimi, 2014. səh. 80
  9. Burton, 1997. səh. 266
  10. Gupta, 2008. səh. 192
  11. Malleson, 1878. səh. 212
  12. Malleson, 1878. səh. 227
  13. Malleson, 1878. səh. 233
  14. Lang, 1952. səh. 523–539
  15. Mikaberidze, 2010. səh. 239
  16. Tucker, 2010. səh. 672-678
  17. Floor, 2008. səh. 256–257
  18. Matthee, Mashita, 2010. səh. 478–484
  19. Floor, 2008. səh. 124
  • Satish Chandra. Medieval India:from Sultanat to the Mughals. 2. Har-Anand Publications. 2005. ISBN 9788124110669.
  • Audrey Burton. The Bukharans:a dynastic, diplomatic, and commercial history, 1550–1702. Palgrave Macmillan. 1997. ISBN 9780312173876.
  • George C. Kohn. Dictionary of wars. Infobase Publishing. 2007. ISBN 9780816065776.
  • Rudi Matthee və Hiroyuki Mashita. KANDAHAR iv. From The Mongol Invasion Through the Safavid Era. Encyclopædia Iranica. 2012.
  • Christine Noelle-Karimi. The Pearl in Its Midst: Herat and the Mapping of Khurasan (15th-19th Centuries). Austrian Academy of Sciences. 2014. 68. ISBN 978-3700172024.
  • Alexander Mikaberidze (Red). Conflict and conquest in the Islamic world: a historical encyclopedia. Santa Barbara, Calif. 2011. ISBN 978-1-59884-337-8. OCLC 763161287. Santa Barbara: Calif. 2011. ISBN 978-1-59884-337-8.
  • George Malleson. History of Afghanistan: From the Earliest Period to the Outbreak of the War of 1878. London: W.H. Allen & Company. 1878. ISBN 0343739771.
  • D. M. Lang. Georgia and the Fall of the Ṣafavi Dynasty. Bulletin of the School of Oriental and African Studies. 1952. 523–539. ISBN 1474-0699.
  • Roger M. Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 9780521042512.
  • Wheeler M. Thackston. HOMĀYUN PĀDEŠĀH. New York: Encyclopædia Iranica. 2004.
  • Douglas E. Streusand. Islamic Gunpowder Empires: Ottomans, Safavids, and Mughals. Routledge. 2019. ISBN 9780429499586.
  • Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Mage Publishers. Washington, D.C. 2008. ISBN 978-1933823232.