Səftər Nəhmətli — Azərbaycan kimyaçısı, kimya üzrə fəlsəfə doktoru,[1] təhsil eksperti,[2] 20 Yanvar İstintaq Komissiyasının İşçi Qrupunun rəhbəri.[3]
Səftər Nəhmətli | |
---|---|
Doğum tarixi | 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 2021 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | kimyaçı, siyasətçi |
Elmi dərəcəsi | |
Partiyası |
|
Səftər Nəhmətli 1956-cı ildə Azərbaycanın Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur. O, Göyəçöl kənd orta məktəbini və Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Kimya sahəsində elmi araşdırmalar aparan Nəhmətli 1990-cı ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır.[4] O, "Meydan" hərəkatında iştirak etmişdir.[5] Nəhmətli Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin 20 Yanvar hadisələrini araşdıran deputat istintaq komissiyasının işçi qrupunun rəhbəri olmuşdur.[6] O, Kasıblara və Əlillərə Hüquqi Yardım Komitəsinin rəhbəri olmuşdur və Bizim Azərbaycan Blokunun təsisçiləri arasındadır.
Nəhmətli 1992–1993-cü illərdə[4] Azərbaycan Təhsil Nazirliyində idarə rəisi kimi çalışmış, Nazirliyin Kollegiya üzvü olmuşdur.[7] O, daimi formada Azərbaycan Təhsil Nazirliyini tənqid etmişdir.[8] 1999-cu ildə Müsavat Partiyasına üzv olmuşdur. O, uzun müddət partiyanın Humanitar Şöbəsinə rəhbərlik etmiş,[4] sonradan Müsavat Partiyası başqanının müşaviri olmuşdur. 6 fevral 2015-ci ildə partiyadan istefa vermişdir.[9] Nəhmətli 21 fevral 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali Məclisinə üzv seçilmişdir.[10]
Səftər Nəhmətli 2021-ci ildə vəfat etmişdir.[4]
Bakının Binəqədi rayonu ərazisində yaşayırdı.[11]