Səftər Quliyev

Quliyev Səftər Mehdi oğlu — texnika elmləri doktoru (1948), professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (1959).[1]

Səftər Quliyev
Quliyev Səftər Mehdi oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Elmi dərəcəsi texnika elmləri doktoru
İş yerləri
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni

Səftər Quliyev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazılması ixtisası üzrə bitirmişdir. 1939-cu ildə "Qazıma boruları dəstəsinin tarazlığının dayanıqlı formaları barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edə­rək texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə isə "Neft quyuları üçün çınqıllı filtrlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi də­rəcələrini almışdır. Səftər Quliyev 1955-ci ildə Azərbaycan EA müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1928-ci ildə başlayan Səftər Quliyev 1928-1942-ci illərdə "Azərneft" İB-nin qazma müəssisələrində texnik vəzifəsində çalışmış, baş mühəndisə qədər müxtəlif vəzifələri icra etmişdir. 1932-1960-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft və qaz quyularının qazılması kafedrasında assistent, dosent, professor kimi fəaliyyət göstərmiş, habelə ilk azərbaycanlı kafedra rəhbəri işləmişdir. 1945-ci ildə Quliyev S.M. Azərbaycan EA-nın yenidən yaradılmış Neft İnstitutunda elmi işlər üzrə direktor müavini təyin edilmişdi. 1960-1971-ci illərdə AEA-nın Dərin Neft Qaz Yataqları Problemləri İnstitutunun direktoru ol­muş­dur.

Səftər Quliyev uzun müddət keçmiş İttifaqın Ali Attestasiya Komissiyasının Dağ Ekspert Komissiyasının üz­vü, neft və qaz səna­yesinin Azərbaycan Elmi-Texniki Cəmiyyətinin fəxri üzvü olmuşdur. Habelə rəhbərlərin­dən biri olduğu SSRİ Nazirlər Şurası nəzdin­dəki Dövlət Elm və Texnika Komi­təsinin Yerin Təkinin Tədqiqatı və çox dərin Qazma Probleminə dair İdarə­lərarası Elmi Şuranın da fəaliyyətində çox böyük rol oynamışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Səftər Quliyev neft və qaz quyularının qazılması sahəsində görkəmli alim, çox dərin qazıma üsulunu ilk tətbiq edənlərdən biri, neft və qaz hasilatı sənayesi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcısıdır.

Elmi tədqiqatların sahəsi: qazıma rejimlərinin nəzəri əsaslarının işlənilməsi; quyuların bərkidilməsi; sürətli qazıma texnologiyasının işlənilməsi; şaquli və maili quyuların rasional turbin qazımasının əsasları, dağ süxurlarının mərhələ-mərhələ dağıdılması.

Alim 200-dən artıq elmi məqalənin, 20 monoqrafiyanın və ali məktəb dərsliklərinin müəllifidir. Həmin dərsliklərdən biri 1947-ci ildə çap olunan "Neft quyu­larının qazılması" dərsliyidir. Onun rəhbərliyi ilə bir neçə elmlər doktoru və 63 fəlsəfə doktoru hazır­lanmışdır. Eyni zamanda 46 fəlsəfə və elmlər doktorunun rəsmi opponenti olmuşdur.

Səftər Quliyev "Azərbaycanın əməkdar elm xadimi", "SSRİ Fəxri neftçisi" adlarına layiq görülmüşdür. "Qırmızı əmək bayrağı" ordeni və bir çox medallarla təltif olunmuşdur.

  1. "Quliyev Səftər Mehdi oğlu" (Azərbaycan). science.gov.az. 17-09-2021 tarixində arxivləşdirilib.