Rüstəmov Səfxan Hidayət oğlu (25 aprel 1926, Daşkənd, Yeni Bəyazid qəzası – 15 may 1991, Çənlibel, Şəmkir rayonu) — əməkdar müəllim, Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı.
SƏFXAN RÜSTƏMOV | |
---|---|
Səfxan Hidayət oğlu Rüstəmov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşaqları | Əlişir, Hafiz, Maqsud, Taqubə, Çimnaz, Bəsti, Nüşabə, İradə |
Atası | Hidayət Kərbəlayi Rüstəm oğlu (1878-1928) |
Anası | Sevgili Astan Ağa qızı |
Təhsili |
|
Səfxan Rüstəmov 25 aprel 1926-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1951-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Səfxan Rüstəmov Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı olmuşdur. 1970-ci ildən 1988-ci ilə qədər Daşkənd kənd orta məktəbində direktor müavini işləmişdir.
Səfxan Rüstəmov əməkdar müəllim, Vardenis rayon və Daşkənd kənd sovetlərinin deputatı olmuşdur.
1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır.
Görkəmli pedaqoq Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində 15 may 1991-ci ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.