Çənlibel (1991-ci ilədək Çardaxlı) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Çənlibel | |
---|---|
40°45′24″ şm. e. 45°52′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.289 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5700 |
Nəqliyyat kodu | 57 |
Rusiya imperiyası dövründə kənd Yelizavetpol Quberniyası Yelizavetpol uyezdinə daxil idi. 1908-ci ilin əhali siyahıya alınması nəticələrinə görə kəndin əhalisi 1862 nəfər olmaqla əsasən ermənilərdən ibarət idi.[1] Çardaxlı kəndinə ermənilər 1830-cu illərdə Tiflisin Avlabar adlı ərazisindən köçürülmüşdür.[2]
Qarabağ münaqişəsi ilə əlaqədar kəndin bütün erməni əhalisi, təxminən 310 ailə kəndi tərk edərək Ermənistanın Tavuş regionunda yerləşən Yuxarı Körpülü (Zorakan) kəndinə köçmüş, həmin kəndin azərbaycanlı əhalisi isə Çardaxlıya köçmüşdür.[3][4] Kəndin adı 1991-ci ildə dəyişdirilərək Çənlibel adlandırılmışdır.
Qarabağ müharibəsinin başlamasınadək kəndin əhalisini əsasən ermənilər təşkil etmişdir. Hazırda kəndin əhalisi azərbaycanlılardan ibarətdir.
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Kənddə S.Vəliyev adına 1 saylı tam orta məktəb və R.Pirnəzərov adına 2 saylı tam orta məktəb yerləşir.[5]
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |