Səhihi-Müslim

Səhihi-Müslim (ərəb. صحيح مسلم‎). Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittədən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"dən) biridir. Əhli-Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilən ikinci kitabdır.

Səhihi-Müslim
ərəb. صحيح مسلم
Müəllif Müslüm ibn Həccac
Janr İslam
Orijinalın dili Ərəbcə
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kitabın müəllifi (h.q. 206-261) (M. 821-875) Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı ilində indiki İranın Nişapur şəhərində anadan olmuş və 261-ci ilində vəfat etmişdir.O əslən iranlıdır və milliyyəti haqda ixtilaf vardır ki, ərəb və yaxud fars kökənlidir.

Əsərin əsil adı "əl-Müsnəd əs-Səhih bi Nəqlil-Ədli" olsa da müəllifinə nisbətlə "Səhihi-Müslim" olaraq tanınır.

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Təkrarları çıxmaq şərtilə kitabda 3033 hədis var. Ümumilikdə isə kitabda 7275 hədis var[1].

Səhih müslüm kitabı haqda bəzi tənqidlər mövcuddur:

1.Tarixi niyşaburidə səhih müslim tənqid olunmuşdur. Yəni müslümün əsərində bir çox şübhəli xorafi hədislər gəlmişdir.

2.Xurafi hədislərə görə 7275 hədisdən 4000 və ya 3300 hədis səhih bilinmişdir

3.Əhli beytlə əlaqəli olan bəzi hədislər qədim nüsxələrdə mövcud olmasına baxmayaraq sonralar yeni nüsxələrdən çıxarılmışdır.

Səhiheynin ehtiva etdiyi hədislər haqqında İbni Salah (h.q. 577-643) bunları demişdir :

"Bizə Hureyb-dən rəvayət olundu. Deyib ki : Əbu Züratə ər-Razi-nin yanında idim. Deyərkən Müslim ibn Həccac gəldi və ona salam verərək bir müddət oturdu. Müzakirə etdilər. Getmək üçün qalxdığı zaman mən Əbu Züra-ya :

Səhih adlı kitabda dörd min hədis toplayan bu zatmıdır ? dedim.

Əbu Züra geriyə qalanını kimə qoydu ? dedi.

İbni Salah (577-643) deyir ki : Əbu Züra (h.q.?-164) bununla Müslim-in kitabında təkrarsız olaraq dörd min əsil hədis olduğunu anlatmaq istəmişdir. Buxari-nin kitabı üçün də təkrarları xaric, dörd min hədis ; təkrarları ilə birlikdə 7275 hədis ehtiva etdiyini söyləmişdir."

Kitabları (Bölmələri)

  1. “əl-Mufhim fi Şərhi Ğəribi Muslim” Abdul-Ğafir ibn İsmail əl-Farisi (h. 529)
  2. “Şərhu Muslim” İsmail ibn Muhəmməd əl-İsfəhani (h. 535)
  3. “əl-Mulim bi Fəvaidi Kitabi Muslim” Əbu Abdullah Muhəmməd ibn Əli əl-Maziri (h. 536)
  4. “əl-İkmal əl-Mulim bi Fəvaidi Muslim” Qazı İyad ibn Musa əl-Yəhsubi əl-Maliki (h. 544)
  5. “Şərhu Muslim” İmadud-Din Abdur-Rəhman ibn Abdul-Ali əl-Misri (h. 624)
  6. “Siyanətu Səhihi Muslim minəl-İxlali vəl-Ğələti və Himayətihi minəl-İsqati vəs-Səqti” Əbu Amr Osman ibn əs-Səlah əş-Şəhrəzuri (h. 643)
  7. “əl-Mufsih əl-Mufhim vəl-Muvəddih əl-Mulhim li Məani Səhihi Muslim” Əbu Abdullah Muhəmməd ibn Yəhya ibn Hişam əl-Ənsari (h. 646)
  8. “Şərhu Muslim” Yusuf Şəmsuddin Əbul-Muzəffər (h. 654)
  9. “əl-İkmal fi Şərhi Muslim” Şəmsuddin Muhəmməd ibn Yusuf əl-Kunəvi (h. 656)
  10. “əl-Mufhim lima Əşkələ min Təlxisi Kitabi Muslim” Əbul-Abbas Əhməd ibn Ömər əl-Ənsari əl-Qurtubi (h. 656)
  11. “əl-Minhac fi Şərhi Səhihi Muslim ibnul-Həccac” Əbu Zəkəriyya Yəhya ibn Şərəf ən-Nəvəvi (h. 676)
  12. “Fədl əl-Munim fi Şərh Səhih Muslim” Əbu Abdullah Muhəmməd ibn Ətaullah ibn Muhəmməd ər-Razi (h. 767)
  13. “İkmalu İkmal əl-Mulim” Əbu Abdullah Muhəmməd ibn Xəlifə əl-Vustani əl-Ubbi (h. 827)
  14. “Şərhu Muslim” Təqiyyud-Din Əbu Bəkr ibn Muhəmməd əl-Hisni əd-Diməşqi (h. 829)
  15. “Tohfətu əl-Muncid vəl-Mufhim fi Ğəribi Səhihi Muslim” İbrahim ibn Muhəmməd ibn Sibt ibn əl-Əcəmi (h. 841)
  16. “Şərhu Muslim” Əbul-Fərəc İsa ibn Məsud əz-Zəvavi (h. 844)
  17. “Mukəmmilu İkmal əl-İkmal” Muhəmməd ibn Yusuf əs-Sənasi (h. 892)
  18. “Əd-Dibac alə Səhih Muslim ibnul-Həccac” Cəlaləddin əs-Suyuti (h. 911)
  19. “Minhac əl-İbtihac fi Şərhi Muslim ibnul-Həccac” Şihabuddin Əhməd ibn Muhəmməd əl-Xətib əl-Qəstəllani (h. 923)
  20. “Şərhu Muslim” Zeynud-Din Zəkəriyya ibn Muhəmməd əl-Ənsari (h. 926)
  21. “Buğyətul-Qari vəl-Mutəfəhhim” Yəhya ibn Muhəmməd əs-Sənabiti (h. 958)
  22. “Şərhu Muslim” Ali əl-Qari əl-Hərəvi (h. 1016)
  23. “əs-Sirac əl-Vəhhac min Kəşfi Məsalibi Səhih Muslim ibnul-Həccac” Siddiq Həsənxan (h. 1307)
  24. “İnayətu əl-Məlik əl-Munim li Şərhi Səhih Muslim” Abdullah ibn Muhəmməd Yusuf Əfəndi (h. 1167)
  25. Muhyiddin ən-Nəvəvi, "Sahihu Muslim bi Şərhin Nəvəvi"

Kitab Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :

  • İmam Əbul-Huseyn Muslim ibn Həccac ibn Muslim əl Quşeyri ən Nişapuri, "Səhih Muslim və Şərhi", Tərcümə edən: Əlixan Musayev, 2 cilddə (I cild, yüklə)
  • Müslim ibn Həccac əl Quşeyri ən Nişapuri, "Səhih Müslim", Bakı, "Şərq-Qərb", 2010, 984 səh.

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :

  • Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, Dar İhyail-Kutubil-Ərəbiyyə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1412/1991; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi yüklə
  • Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, Beytul-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998 yüklə
  • Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, Dar Teybə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi yüklə
  1. "Kutubi Sitte veritabanı". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]