Səhiyəddin Abbasov

Səhiyəddin Abbasov (d. 11 mart 1968, Zəngilan - ö. 11 aprel 1994, Ağdərə) — Azərbaycan Milli Ordusunun giziri, 1-ci Qarabağ müharibəsi şəhidi.

Səhiyəddin Abbasov
Səhiyəddin İsmayıl oğlu Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Zəngilan, Azərbaycan
Vəfat tarixi (26 yaşında) (26 yaşında)
Vəfat yeri Ağdərə, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Xidmət illəri 1993—1994
Təltifləri "Beynəlmiləl döyüşçü" medalı "Sovet Sosialist Respublikaları İttifaqının Ordusunun yaranmasının 70 illiyi" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Səhiyəddin Abbasov 11 mart 1968-ci ildə Zəngilan rayonunun Gənlik kəndində anadan olub. 1985-cu ildə Zəngilan rayonu Genlik kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Səhiyəddin Abbasov 114 saylı texniki peşə məktəbini bitirib. 1992-ci ildə isə Bakı Politexnik Məktəbini bitirib. Səhiyəddin Abbasov hərbi xidmətini Əfqanıstanda keçib.

Səhiyəddin Abbasov subay idi.

Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Səhiyəddin 1 mart 1993-cü il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına qatıldı. Səhiyəddin Abbasov bu müddət ərzində gizir rütbəsi alıb və taqım komandiri təyin olunub. Səhiyəddin Abbasov 11 aprel 1994-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub.

Səhiyəddin Abbasov Bakı şəhərində Şəhidlar xiyabanında dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]