Səhralaşmış ekosistemlərin monitorinqi

Səhralaşmış ekosistemlərin monitorinqiMonitorinqin bir növüdür

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Səhralaşmaуa məruz qalmış ekosistemlərin vəziyyətinin monitorinqinin qarşılıqlı əlaqədə olan üç istiqaməti var I) ictimai-iqtisadi. 2) sanitar-gigiyena. 3) ekoloji Burda hadisələrin hərtərəfli əhəmiyyəti, bu cür ekosistemlərin ekoloji vəziyyətinə nəzarətin prinsip və metodlarının müxtəlifliyi əks olunur və o monitorinq zamanı alınmış məlumatların əsas fərqlərini göstərir. Monitorinqin bu növünün həyata keçirilməsində işin əsas mahiyyəti kompleksliliyin tələb edilməsidir. Səhralaşma zamanı təbii sistemlərin dinamikasının başa düşülməsi səhralaşmanın bütün amilləri, şəraiti və nəticələrinə nəzarət edilmədən mümkün deyil. Qarşılıqlı əlaqədə olan şaxələnmiş struktura malik bu mürəkkəb dinamik sistemin komponentlərindən hər hansı birinə təsir bütövlükdə bütün sistemin dəyişməsinə səbəb ola bilər. Torpaq—arid sistemlərdə maddəenerji daşınmasının əsas tənzimləyicisidir qoruqlarin ekoloji monitorinqinin təşkil edilməsi nəinki torpağın özünü deqradasiyaya aparan proseslərə, hətta landşaftın digər komponentlərinin vəziyyətini tənzimləyən və onun deqradasiyası haqqında məlumat verə bilən torpaq xassələri, prosesləri və rejimlərinə sistematik nəzarət edilməsini tələb edir. Səhralaşmanın bütün göstəriciləri üzərində monitorinqin təşkil edilməsi lazımdır: iqlim; torpaq; bitki; hidroloji; geomorfoloji.Səhralaşmanın indikatorlarının seçilməsi bu tələblərə uyğundur. Səhralaşmanın monitorinqi zamanı tez-tez səhralaşmanın xarakteri, sürəti (tempi), dərəcəsi və dərinliyi kimi anlayışlardan istifadə edilir. “Səhralaşmanın xarakteri" termini səhralaşmanın əsas səbəblərini və onların səhralaşma prosesinə səbəb olmasını göstərmək üçün işlədilir ki, bu da səhralaşmanın tiplərini ayırmaq üçün əsasdır. Səhralaşmanın dərəcəsi dedikdə, təbii mühit şəraitinin dəyişərək səhra şəraitinə yaxınlaşma dərəcəsi başa düşülür. "Səhralaşmanın dərinliyi" termini səhralaşma nəticəsində təbii mühitin dönən və dönməyən dəyişkənliyinin nisbətini əks etdirir. "Səhralaşmanın sürəti" (tempi) termini zaman daxilində səhralaşmanın müxtəlif indikatorlannın dəyişməsini göstərir.Təklif edilmiş indikatorlara görə səhralaşmanın monitorinqi zamanı nəzərə almaq lazımdır ki, ayrılıqda götürülmüş parametrlərdən heç biri spesifik deyildir, amma müxtəlif konkret şəraitdə və birləşmədə (uyğunlaşmada) onu əlavə etmək olar. Məsələn, əgər bioloji məhsuldarlığın azalması ərazinin aridləşməsi ilə deyil, müvəqqəti quraqlıqla əlaqədardırsa, onda onu səhralaşmanın diaqnostik indikatoru kimi nəzərə almaq olmaz. Təklif edilmiş indikatorların istifadəsi üçün kompleks yanaşma lazımdır. Eynilə suvarılan torpaqlarda da səhralaşmaya diaqnoz qoymaq üçün əsas yoxdur, şorlaşma, şorakətləşmə və s. hesabına bununla bərabər deqradasiya gedirsə belə. Bu torpaqların səhralaşması yalnız onların suvarma əkinçiliyindən kənar edilməsi və ya çıxarılmasından sonra baş verə bilər. Lakin bu proseslər gələcəkdə səhralaşmaya səbəb ola bilər və səhralaşmanın riskini və ya potensial şəraitini qiymətləndirmək ilə əlaqədar olaraq monitorinq zamanı nəzərə alınmalıdır. Səhralaşmanın monitorinqi zamanı istifadə edilə bilən indikatorların kəmiyyətcə və ya keyfiyyətcə təyin edilməsi üçün yanaşmalar çox müxtəlifdir.

Səhralaşmanın indikatorları

[redaktə | mənbəni redaktə et]

Səhralaşmanın əsas baza indikatorları biokütlə ehtiyatlarının (artımının) azalması göstəriciləri, yəni son nəticənin indikatorları ola bilər. Lakin səbəblərin bütün müxtəlifliyini və proseslərin xüsusiyyətlərini o tək əks etdirmir, amma onlar nəticələrin almması üçün əhəmiyyətlidir. Buna görə indikatorların üç qrupunu ayırırlar hansı ki, onlardan ən əhəmiyyətlisi torpaq indikatorlarıdır. Səhralaşmanın indikatorları sistemi 1978-ci ildə təklif edilmişdir.Bundan sonra o, səhralaşmanın indikasiyası və monitorinqinin beynəlxalq sxeminin əsasını təşkil etmişdir. Səhralaşmanın indikatorları təbii mühitin vəziyyəti haqqında daha çox məlumat verən kəmiyyət və keyfiyyət göstəriciləridir, asan üsullar tətbiq etməklə onları təyin etmək mümkündür və təkrar təyin etmək olar, nəticələri isə nəzarətedici ola bilər. Bu sxemdə səhralaşmanın indikatorlarının üç qrupunu ayırırlar:

  1. torpaq-geokimyəvi və hidroloji (fiziki);
  2. bioloji;
  3. ictimai;

Səhralaşmanın fiziki (torpaq-geokimyəvi və hidroloji) indikatorları:

[redaktə | mənbəni redaktə et]
  1. toz və qum fırtınalarının miqdarı və digər əlverişsiz iqlim prosesləri;
  2. qrunt sularının yerləşmə dərinliyinin və keyfiyyətinin, debitinin dəyişməsi;
  3. eroziya və defilyasiya proseslərinin inkişaf etmə dərəcəsi və formaları;
  4. daşqın suları axınının və bərk axımm həcminin dəyişməsi;
  5. kökyayılan qatda torpağın qalınlığının və humusun miqdarının dəyişməsi;
  6. torpağın şorlaşma və şorakətləşmə dərəcəsi;
  7. torpaqların səthində müxtəlif növ qaysaqların və bərk qabıqların əmələ gəlməsi.

Səhralaşmanın bioloji indikatorları.

[redaktə | mənbəni redaktə et]

Bitki örtüyü:

[redaktə | mənbəni redaktə et]
  1. yetkinləşmiş və geniş yayılmış bitki növlərinin nisbəti;
  2. kserofil və mezofil bitki növlərinin nisbəti;
  3. torpağın səthinin I bitkilərlə örtülmə dərəcəsi—bitki örtüyünün sıxlığı;
  4. bioloji məhsuldarlıq və yem məhsulu.
  1. əsas növlər;
  2. ev heyvanlarının ümumi miqdarı;
  3. heyvanların sayı;
  4. populyasiyanın strukturu;
  5. törəyib artmanın xüsusiyyətləri;
  6. ikinci məhsullar.

Səhralaşmanın ictimai indikatorları:

[redaktə | mənbəni redaktə et]
  1. Torpaqan istifadə sistemləri (suvarma əkinçiliyi, dəmyə əkinçiliyi, maldarlıq, xammalın tədarükü və daşınması, turizm və s.);
  2. yerləşdirmənin strukturu;
  3. əhalinin bioloji parametrləri;
  4. ictimai proseslərin parametrləri[1]
  1. Q.Ş.Məmmədov, S.Z.Məmmədova, C.Ə.Şabanov. "Torpaqların ekoloji monitorinqi", Bakı:2017, səh 165-169

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Ekoloji monitorinq Səhralaşma