Səid-Maqomed Çupalayev

Səid-Maqomed Çupalayev (4 aprel 1957, Urcar rayonu[d]) — çeçen səhra komandiri[1][2][3], Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı[4], Gürcü-Abxaz müharibəsinin və Birinci, İkinci Çeçenistan müharibələrinin fəal iştirakçısı, Şamil Basayev qərargahının rəisi[5], "Borz" xüsusi təyinatlı qüvvələrinin 2-ci alay komandiri[6] (Gelayev xüsusi təyinatlıları). Ruslan Gelayev hərbi rütbəyə yüksəldikdən sonra 1995–1997-ci illərdə Gelayev xüsusi təyinatlı dəstəsinə Səid-Maqomed Çupalayev rəhbərlik etmişdir. 1994–1996-cı illərdəki Birinci müharibədə Çupalayev "çeçen milisləri"nin yaradılmasında iştirak etmiş və Şamil Basayevin komandanlığı altında ÇİR Silahlı Qüvvələrinin "Mərkəzi Cəbhəsi"nin qərargahına rəhbərlik etmişdir. 1999-cu ildə İkinci müharibə başlayanda Aslan Masxadovun əmri ilə Şamil Basayevin komandanlıq etdiyi ÇİR Silahlı Qüvvələrinin “Şərq Cəbhəsi”nin qərargah rəisi vəzifəsinə təyin edilir. Şamil Basayevin müavinlərindən biri və onun şəxsi dostu olur[7]. Basayev ona “Terminator” ləqəbini vermişdir. Birinci Çeçenistan müharibəsi başa çatdıqdan sonra o, İçkeriyanın ən yüksək mükafatı olan “Millət şərəfi” ordeni ilə təltif edilmişdir.

Səid-Maqomed Çupalayev
Doğum tarixi 4 aprel 1957(1957-04-04) (67 yaş)
Doğum yeri

4 aprel 1957-ci ildə Qazaxıstanın Semipalatinsk vilayətinin Urcar rayonunun İrinovka kəndində anadan olmuşdur[8]. Həmin il o, ailəsi ilə birlikdə Çeçenistanın Urus-Martan rayonundakı Alxazurovo kəndinə qayıdır.

Orta məktəbin səkkizinci sinfini bitirir. Sonra sürücü işləməyə başlayır. 1976-cı ildə Rostov vilayətinin Şaxtı şəhərində sovet ordusunda xidmət edir. Altı ay sonra mədə xorasının kəskinləşməsi səbəbindən evə buraxılır[9].

Hərbi əməliyyatlarda iştirakı

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə könüllü olaraq Abxaziya tərəfində Gürcü-Abxaz müharibəsinə qatılır. Hər iki Çeçenistan müharibəsinin iştirakçısı olur.

Qroznı uğrunda gedən döyüşlərdə iştirak edir. O, qolundan ağır yaralanmış və Azərbaycan ərazisindən keçərək İstanbula müalicəyə göndərilmişdir[10]. Böyük qardaşı Abuyazitin dediyinə görə, o vaxtdan bəri döyüşlərdə iştirak etməmişdir[11]. 1996-cı ildə Çeçenistana qayıdır.

O, “Cihad” əməliyyatında, Moskva və Xasavyurtda federal hakimiyyət orqanları ilə danışıqlarda iştirak edir.

2002-ci il martın 27-də Səid-Maqomed Çupalayev İnquşetiyanın Sleptsovskaya kəndində çeçen qaçqın düşərgəsində saxlanılır. Həbs zamanı ondan “federal qüvvələrə qarşı aktiv mübarizəyə” qayıtmaq çağırışları ilə Çeçen İçkeriya Respublikasının rəhbərlərinin xalqa ünvanladığı məktublar götürülür[12][13]. Rusiya hərbçilərinin məlumatına görə, Çupalayev 2000–2002-ci illərdə məhz çeçen qaçqın düşərgəsində gizlənib.

2002-ci il noyabrın 25-də Stavropol vilayət məhkəməsi onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci (qanunsuz silahlı birləşmə təşkil etmə), 222-ci (qanunsuz silah gəzdirmə) və 279-cu (silahlı üsyan) maddələri ilə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edir[14].

2003-cü il mayın 7-də Rusiya Ali Məhkəməsi ona 279-cu maddə üzrə ilə bəraət verir. Həbs müddəti 7 ilə endirilir[15].

6 iyun 2003-cü ildə amnistiya elan edilir və Çupalayev azadlığa buraxılır[16]. Bundan sonrakı taleyi məlum deyil.

  1. "Известный чеченский полевой командир Саид-Магомед Чупалаев выступил с обращением. Новости. Первый канал" (rus). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  2. "Полевой командир Титаник скрывался в лагере чеченских беженцев". lenta.ru. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  3. "В Пятигорске начался суд над полевым командиром Титаником". vesti.ru (rus). 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  4. "Газета.Ru - Суд простил ичкерийского генерала". www.gazeta.ru. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  5. "Ближайший сподвижник Басаева Саид Чупалаев призвал чеченских боевиков прекратить сопротивление и вернуться к мирной жизни". РИА Новости (rus). 20020430T1900. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  6. "Чтобы помнили: Ужас Комсомольского. Самое кровопролитное сражение во Вторую чеченскую". rgisee.ru. İstifadə tarixi: 2020-12-21.[ölü keçid]
  7. "В Ингушетии задержан друг Басаева "Титаник"". smotrim.ru. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  8. "Список лиц и организаций, которые имеют отношение к терроризму". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  9. "«Басаев — мой товарищ и самый преданный друг» — Происшествия — GZT.RU". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  10. "Полевому командиру Титанику сократили срок заключения на 9 лет / ROL". 2007-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-20.
  11. ""Братья у него еще те..." - Известия". 2016-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  12. Грани. Ру // Война / Чечня / Вынесение приговора Саиду-Магомеду Чупалаеву отложено до 25 ноября[ölü keçid]
  13. Кавказский Узел | Судебное заседание по делу Саид-Магомеда Чупалаева отложено до 16 октября[ölü keçid]
  14. "Титаник приговорен к 16 годам заключения". NEWSru. 25 ноября 2002. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-25.
  15. "Lenta.ru: Кавказ: Полевому командиру Титанику сократили срок заключения на 9 лет". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  16. "Газета. Ru — Суд простил ичкерийского генерала". 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.