Səida[2] (ərəb. سعيدة) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Səida | |
---|---|
سعيدة ⵙⵄⵉⴷⴰ | |
34°49′49″ şm. e. 0°09′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1854 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 980 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 20000 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər vilayətin şimal-qərb hissəsində, Atlas dağlarının yüksəkliklərində, dəniz səviyyəsindən 868 metr yüksəklikdə yerləşir.[3]
Səida ölkənin paytaxtı Əlcəzairdən təxminən 335 kilometr cənub-qərbdə yerləşir.
2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 128,413 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:[4]
1977 | 1987 | 1998 | 2008 | 2012 |
---|---|---|---|---|
53,450 | 81,874 | 115,106 | 128,413 | 141,020 |
Şəhərdən 3 kilometr şimalda eyni adlı kiçik bir hava limanı yerləşir. Digər şəhər mərkəzləri ilə dəmir yolu və avtomobil yolu ilə də bağlıdır.[3]
Səidə əhəmiyyətli regional kənd təsərrüfatı mərkəzidir. Şəhərin yaxınlığında buğda, zeytun, üzüm və esparto becərilir. Heyvandarlıq inkişaf etdirilmişdir.[5]