Avropa zeytunu

Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü.

Avropa zeytunu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]
Avropa zeytunu
"Köhler’s Medizinal-Pflanzen", (1887) kitabından illüstrasiya

Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır.

Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir. Bitki aprel-may aylarında çiçəkləyir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir.

Qiymətli dərman bitkisi olan zeytunun hansı ölkədən yayılması haqqında iki fikir mövcuddur. Onlardan birinə görə müdriklik və zəhmət ilahəsi Afina Attikaya sahib olmaq üçün Poseydonla mübahisədə hirslənərək öz nizəsini qayaya sancmış və nizə möcüzəli ağaca çevrilmişdir. Göründüyü kimi, bu fikirdə Zeytunun vətəninin Yunanıstan olmasına işarə edilir. Digər fikrə görə isə Aralıq dənizi hövzəsi ölkələri — Suriya, "Cənubi Antaliya və s. zeytun bitkisinin vətəni hesab olunur. Bu mənbələrə əsasən zeytun buradan Kiçik Asiyaya, Yunanıstana, Misirə və s. yayılmışdır. Zeytun bitkisinin ömrü 300-400 ildir. Əlverişli şəraitdə 1000 il yaşaması məlumdur. 500-dən çox növü var.

Hazırda Avropa zeytunu dünyanın əksər tropik və subtropik iqlimə malik ölkələrində, o cümlədən Azərbaycanda becərilir. Sülh və xoşbəxtlik rəmzi hesab olunan bu qiymətli bitkinin Abşeronda plantasiyaları salınmışdır.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  • Olea alba Lam. ex Steud.
  • Olea amygdalina Gouan
  • Olea angulosa Gouan
  • Olea angustifolia Raf. [Illegitimate]
  • Olea argentata Clemente ex Steud.
  • Olea arolensis Clemente ex Steud. [Invalid]
  • Olea atrorubens Gouan
  • Olea bifera Raf.
  • Olea brevifolia Raf.
  • Olea buxifolia (Aiton) Steud. [Illegitimate]
  • Olea cajetana Petagna
  • Olea cayana Raf.
  • Olea communis Steud. [Invalid]
  • Olea craniomorpha Gouan
    • Olea europaea var. buxifolia Aiton
    • Olea europaea var. communis Aiton
    • Olea europaea subsp. europaea europaea
    • Olea europaea var. ferruginea Aiton
    • Olea europaea var. latifolia Aiton
    • Olea europaea var. longifolia Aiton
    • Olea europaea var. obliqua Aiton
    • Olea europaea subsp. oleaster (Hoffmanns. & Link) Negodi
    • Olea europaea var. sativa (Weston) Lehr
    • Olea europaea subsp. sativa (Weston) Arcangeli
    • Olea europaea var. sylvestris (Mill.) Lehr
    • Olea europaea subsp. sylvestris (Mill.) Hegi
    • Olea europaea var. sylvestris (Mill.) Lehr.
  • Olea ferruginea (Aiton) Steud.
  • Olea gallica Mill.
  • Olea hispanica Mill.
  • Olea lancifolia Moench
  • Olea latifolia (Aiton) Steud. [Illegitimate]
  • Olea longifolia (Aiton) Steud.
  • Olea lorentii Hochst.
  • Olea obliqua (Aiton) Steud.
  • Olea oblonga Gouan
  • Olea odorata Rozier ex Roem. & Schult.
  • Olea officinarum Crantz
  • Olea oleaster Hoffmanns. & Link
  • Olea pallida Salisb. [Illegitimate]
  • Olea polymorpha Risso ex Schult.
  • Olea praecox Gouan
  • Olea racemosa Gouan
  • Olea regia Rozier ex Roem. & Schult.
  • Olea sativa Weston
  • Olea sativa Hoffmanns. & Link [Illegitimate]
  • Olea sphaerica Gouan
  • Olea sylvestris Mill.
  • Olea variegata Gouan
  • Olea viridula Gouan
  • Phillyrea lorentii Walp.

Dünya üzrə istehsalı

[redaktə | mənbəni redaktə et]
Dünya üzrə istehsalı (2004) [2]
Ölkələr İstehsalı (min ton) Yeri Ölkə İstehsalı (min ton)
1 İspaniya 4.556 11 Əlcəzair 170
2 İtaliya 3.150 12 Liviya 148
3 Yunanıstan 2.300 13 Argentina 95
4 Türkiyə 1.800 14 İordaniya 85
5 Suriya 950 15 ABŞ 77
6 Mərakeş 470 16 İran 43
7 Tunis 350 17 Peru 38
8 Misir 320 18 Xorvatiya 33
9 Portuqaliya 270 19 Albaniya 30
10 Livan 180

İstifadə olunan hissəsi

[redaktə | mənbəni redaktə et]

Tibbi məqsədlə Avropa zeytununun yarpaq (Folium oleae) və yetişmiş meyvələrindən alınmış yağından (Oleum olivarum) istifadə edilir.

Zeytun meyvəsinin tərkibində piyli yağlar (40-60%), enzimlər, boyaq və acı maddələri, yarpaqlarında isə qlikozidlər, üzvi turşular, mannit, açı maddələr, flavonoidlər, taninlər və s. aşkar edilmişdir.

Yarpaq və çiçəkləri

Zeytun yağı — olein, linol, palmitin və stearin turşularının qliseridlərindən ibarət sarımtıl rəngli, duru, zəif xarakter iyə və xoş yağlılıq tamına malik yağdır. Tibbi, yeyinti və texniki zeytun yağlarına ayrılır. Tibbi zeytun yağı əsasən trioleindən ibarət, rəngsiz və şəffaf yağdır. Onun turşuluq ədədi 2-yə yaxın, yod ədədi isə 75-88-dir. Zeytun yağının texniki sortu sabunbişirmə sənayesində istifadə olunur. Yeyinti zeytun yağı isə orqanizm üçün çox faydalı olan qiymətli ərzaq məhsuludur.

Yağı ödqovucu. Yarpağı hipotenziv və antiaritmik.

Son zamanlar zeytun yarpaqlarından oleuropein maddəsi alınmış və farmakoloji cəhətdən öyrənilmişdir. Heyvanlar üzərində aparılan təcrübələrdən məlum olmuşdur ki, oleuropein qan təzyiqini əhəmiyyətli dərəcədə aşağı salır. Onun hipotenziv təsir etmə müddəti beş saata qədər davam edir. Bundan əlavə oleuropein ürəyin taç damarlarını genişləndirir, ürəkdəki aritmiyanı götürür[3]. Belə hesab olunur ki, zeptun yarpaqlarından alınmış dəmləmə və spirtli duru ekstrakt ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə oluna bilər.

Zeytun yağı yaxşı ödqovucu maddə olmaqla yanaşı, həm də zəif işlədici təsirə malikdir, Mədə-bağırsaq xəstəliklərində yaxşı effekt göstərir. Öd daşlarının orqanizmdən kənar edilməsinə səbəb olur. Kamfora, cinsiyyət hormonları, onların analoqlarının və digər inyeksiya məhsullarının hazırlanmasında çox gözəl həlledicidir.

Almaniyada zeytun yarpaqlarından alınan "Olivysat" adlanan standartlaşdırılmış ekstrakt buraxılır. O, hipotenziv maddə kimi, qan təzyiqi yüksək olanlara (gündə 3 dəfə, hər dəfə 40 damcı) məsləhət görülür.

Fransada Avropa zeytununun yarpaq tumurcuqlarından alınmış spirtli cövhər hipertoniya, ateroskleroz və piy mübadiləsi pozğunluğuna qarşı istifadə olunur.

Rus xalq təbabətində zeytun yağından ödqovucu, öd daşlarını xaric etmək, həzmi yaxşılaşdırmaq, habelə yüngül işlətmə məqsədilə istifadə edilir.

Əbu Əli İbn Sina duza qoyulmuş zeytunun mədəni möhkəmləndirdiyini, iştahı artırdığını, zeytun yağının herpes və qızılyel xəstəliklərində, oturaq sinirinin iltihabında faydalı olduğunu qeyd etmişdir.[4]

İstifadə qaydası

[redaktə | mənbəni redaktə et]

Zeytunun qurudulmuş yarpaqlarından10,0/200,0 nisbətində hazırlanmış isti sulu çıxarışdan hipotenziv, aritmiyanı götürən və tac damarları genişləndirən maddə kimi istifadə edilir. Alınmış çıxarışdan gündə üç dəfə, hər dəfə 1/3 hissəsi qəbul edilir. Bu məqsədlə onun öksəotu və digər bitkilərlə qarışığından da istifadə edilir. Mədənin və qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə yemək zamanı və ya ondan sonra zeytun meyvələrindən hazırlanmış konservlərdən istifadə etmək məsləhət görülür.

Xalq təbabəti mənbələrində öd daşlarının orqanizmdən kənar edilməsi üçün zeytun yağından istifadənin müxtəlif qaydaları göstərilir:

I. Güclü öd ifrazına nail olmaq və öd daşlarını orqanizmdən xaric etmək üçün, bir neçə gün səhər-səhər acqarına hər dəfə 60 ml zeytun yağı qəbul edilir. Bu zaman ürəkbulanma və qusmanın qarşısını almaq üçün, yağı qəbul edən kimi üstündən qreypfrut şirəsi içilir. II. Öd daşlarının orqanizmdən kənar edilməsi məqsədilə zeytun yağının miqdarı tədricən artırılır. Bunun üçün yeməkdən 30 dəqiqə əvvəl zeytun yağı içilir. Yağın miqdarı yarım çay qaşığından başlanır və 15-20 gün ərzində tədricən artırılmaqla bir stəkana (200 ml) çatdırılır.

III. Başqa bir reseptə görə öd daşlarını orqanizmdən kənar etmək üçün 24 saat ac qalmaq (bu müddətdə yalnız su içmək olar), sonra bağırsaqları imalə etməklə təmizləmək məsləhət görülür; imalədən bir saat sonra bir stəkan zeytun yağı, onun üstündən isə bir stəkan qreypfrut şirəsi içib uzanmaq lazımdır. Qusma hissi əmələ gələrsə, limon sormaq olar (su içmək olmaz). Yağı içəndən 15 dəqiqə sonra işlədici qəbul edilir. Aclığı davam etdirməklə, yuxarıdakı prosedura 5 gün təkrar edilir.

Türkiyənin Edremit bölgəsində zeytun bağı
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 8.
  2. Mənbə: Die Welt in Zahlen, 2005
  3. V.Petkov, 1988
  4. Абу Али Ибн Сина (Авиценна). Канон врячевной науки. Изд. 2-е, Ташкент, изд. "Фан", 1980.